12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Makron hökumətdə dəyişiklik edəcək
Tarix: 17-07-2023 22:02 | Bölmə: Dünya


Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda hökumətdə dəyişiklik etməyə hazırlaşır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "France info" radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, Fransanın baş naziri Elizabet Born vəzifəsini qoruyub saxlayacaq.
Radiostansiyanın məlumatına görə, Makron hökumətin tərkibində dəyişiklikləri bu həftənin sonuna qədər açıqlayacaq.
Bundan əvvəl Fransa liderinin hərbi parad zamanı fitə məruz qaldığı bildirilirdi. Son zamanlar Fransada vəziyyət heç də ürəkaçan deyil. Vətəndaşların narazılığına əvvəlcə pensiya islahatı, daha sonra isə polis tərəfindən yeniyetmənin öldürülməsi səbəb olub.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər