Bütün xəbərlər
Milanda qocalar evində baş verən yanğında 6 nəfər ölüb
Tarix: 07-07-2023 09:49 | Bölmə: Dünya


ANSA-nın məlumatına görə, Milanda qocalar evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın saat 01:20-də (Moskva vaxtı ilə 02:20) başlayıb və onun söndürülməsi səhərə qədər davam edib.
Agentliyin məlumatına görə, beş qadın və bir kişi yanğının qurbanı olub. 81 nəfər yanıq və yanma məhsullarından zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.
Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər