Bütün xəbərlər
Daxili İşlər Nazirliyi: Fransada iğtişaşlar dayanıb
Tarix: 05-07-2023 20:00 | Bölmə: Dünya


Fransanın hər yerində iğtişaşlar dayanıb, ölkənin xarici işlər naziri Gerald Darmanin bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazir Elizabet Born da öz növbəsində vəziyyətin sabitləşdiyini qeyd edir.
Bundan əvvəl polisin 380 iğtişaşçını saxladığı bildirilirdi. Onların bəziləri artıq həbs cəzasına məhkum ediliblər.
Xatırladaq ki, Fransada iğtişaşlar 17 yaşlı ərəb əsilli yeniyetmənin qətlindən sonra başlayıb.
İyunun 27-dən indiyədək 6000 avtomobil yandırılıb, 1000 mağaza və 200 ticarət mərkəzi talan edilib. Poqromların ümumi zərəri 1 milyard avro təşkil edib.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər