12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsrail hərbçiləri məscidin zirzəmisində partlayıcı qurğular aşkar ediblər
Tarix: 03-07-2023 22:26 | Bölmə: Dünya


İsrail ordusu İordan çayının qərb sahilində Cenin bölgəsində keçirdiyi əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin məlumatına görə, “terror təşkilatlarına məxsus” silah və sursat aşkarlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, alınan kəşfiyyat məlumatlarının yoxlanılması çərçivəsində qaçqın düşərgəsindəki məscidin zirzəmisinə baxış keçirilib.
Axtarış zamanı İsrail hərbçiləri partlayıcı qurğular, silahlar və digər hərbi əmlak olan iki anbar tapıblar. Bütün bunlar tapılan yerdən çıxarılıb.
Xatırladaq ki, Cenində vəziyyət gərgin olaraq qalır. Fələstinlilər və israillilər bir-birlərinə atəş açır, İDF ağır silahlar, pilotsuz təyyarələr və zirehli maşınlardan istifadə edir.
Daha əvvəl 4 fələstinlinin öldürüldüyü bildirilmişdi, lakin sonradan Fələstinin Moskvadakı nümayəndəsi Abdel Hafiz Nofəl 7 nəfərin öldüyünü və 25 nəfərin yaralandığını açıqlamışdı. İsrail tərəfindən itkilərin olub-olmadığı hələ dəqiqləşdirilməyib.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər