Bütün xəbərlər
Leypsiqdə etiraz aksiyaları zamanı 50 polis əməkdaşı yaralanıb
Tarix: 04-06-2023 23:57 | Bölmə: Dünya

Almaniyanın Leypsiq şəhərində nümayişçilərin dağıdılması zamanı 3 gün ərzində 50 polis əməkdaşı yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Saksoniya federal əyalətinin polisinin mətbuat xidməti məlumat yayıb.
Şəhərdə məhkum edilmiş solçu ekstremistlərin tərəfdarlarının mitinqləri keçirilib. Rəsmi olaraq hakimiyyət onlara nümayiş keçirməyi qadağan edib.
“Cümə günündən bəri əməliyyat zamanı 50-yə yaxın polis yaralanıb. Hüquq-mühafizə orqanlarının 3 əməkdaşı öz vəzifələrini yerinə yetirə bilmir”, - deyə, mətbuat xidmətindən bildirilib.
Onlar əlavə ediblər ki, etirazçılar arasında xəsarət alanlar da var, lakin onların sayı açıqlanmayıb. Ümumilikdə 30-a yaxın şəxs saxlanılıb, 1000-ə yaxın şəxsin şəxsiyyəti yoxlanılıb.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər