21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
Volodin Ərdoğanın andiçmə mərasimində iştirak edəcək
Tarix: 31-05-2023 21:09 | Bölmə: Dünya


Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiyadan yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Dövlət Dumasının sədri Vyaçeslav Volodin gedəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın müşaviri Mehmet Uçum bildirib ki, mərasim şənbə günü, iyunun 3-də baş tutacaq. Türkiyənin hazırkı prezidenti prezident seçkilərinin ikinci turunda rəqibi Kamal Kılıçdaroğlunu qabaqlayaraq qalib gəlib, RİA Novosti xatırladır.
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və ikitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.



Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər