Bütün xəbərlər
Bir milyondan çox etirazçı Fransa küçələrinə çıxıb
Tarix: 13-04-2023 23:36 | Bölmə: Dünya


Cümə axşamı Fransada pensiya islahatına qarşı on ikinci böyük etiraz aksiyası keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkə üzrə bir milyondan çox insan iştirak edib.
Etirazın təşkilatçılarından birinə çevrilmiş ən böyük həmkarlar ittifaqı, Ümumi Əmək Konfederasiyası Daxili İşlər Nazirliyinin aksiyada 380 minə yaxın insanın iştirak etdiyi məlumatlarını təkzib edib.
Eyni zamanda, ötən həftə daha böyük rəqəmlər qeydə alınıb - təxminən iki milyon fransalı pensiya yaşının 64 yaşa qaldırılmasına etiraz edib.
Nant və Renn şəhərlərində etirazçılarla polis arasında toqquşma baş verib. Etirazçılar zibil qutularını yandırıb, vitrinləri sındırıblar.
“İnterfaks” xəbər verir ki, Paris etirazçıların paytaxtı olaraq qalır. Hotel de Ville meriyasının yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar. Son məlumatlara görə, Parisdə 10 polis yaralanıb, 25 nəfər saxlanılıb. Eyni zamanda, polis əməkdaşları xüsusi avadanlıqlarla, o cümlədən dəbilqə və qalxanlarla xidmət göstərirlər.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər