Bütün xəbərlər
Luisville-də ikinci atışma
Tarix: 10-04-2023 23:28 | Bölmə: Dünya


ABŞ-ın Kentukki ştatının Luisville polisi şəhərdə ikinci atışma baş verdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli texniki kollecin binası qarşısında yeni atəşlər açıldı. Polisin verdiyi məlumata görə, iki nəfər güllə yarası alıb. Eyni zamanda yaralılardan biri tezliklə dünyasını dəyişib, ikincisi isə xəstəxanaya çatdırılıb. Şübhəlilər hadisə yerindən qaçıblar. Polis hadisənin ilk atışma ilə əlaqəsi olmadığını deyir.
Qeyd edək ki, bir müddət əvvəl Luisvilldə bir nəfər bankda avtomat tüfənglə atəş açmışdı. O, 4 nəfəri öldürüb, 8 nəfəri yaralayıb. Polis atəş açan şəxsi məhv edib.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər