Bütün xəbərlər
ABŞ dövlət katibindən İsrail Xəzinədarlığı rəhbərinin sözlərinə cavab verməsi tələb olunur
Tarix: 26-03-2023 19:25 | Bölmə: Dünya


Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin xarici işlər nazirləri ABŞ dövlət katibi Entoni Blinkenə müraciət ediblər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar Amerikadan İsrailin maliyyə naziri Bezalel Smotriçin açıqlamalarına cavab verməsini tələb ediblər.
Bezalel Smotriç martın 19-da Fələstin xalqının mövcud olmadığını bildirib. İsrailin maliyyə nazirinin sözlərinə görə, yeganə həqiqi fələstinlilər yalnız yəhudilər hesab edilməlidir.
Smotriç hesab edir ki, Fələstin xalqı deyə bir şey yoxdur. Guya bu millət ərəb fəallarının uydurmasıdır.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər