Bütün xəbərlər
Braziliya hakimiyyəti paytaxtdakı vəziyyəti nəzarətə götürüb
Tarix: 09-01-2023 13:05 | Bölmə: Dünya

Braziliya hakimiyyəti etirazçıların əvvəllər parlament binasını və prezident sarayını ələ keçirdikləri ölkə paytaxtında vəziyyəti nəzarətə götürə bilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dörd yüzə yaxın iğtişaşçı həbs olundu. Nümayişçilərin hərəkətləri terror aktı adlandırılıb və günahkarların cəzalandırılacağı vəd edilib. Məhkəmə paytaxt vilayətinin qubernatorunu etirazçılara münasibətdə hərəkətsizliyə görə vəzifəsindən kənarlaşdırıb.
Prezident Lula da Silva qırğınlardan sonra paytaxta qayıdıb və iqamətgahına baxış keçirib. Dövlət başçısının və onun sarayının mühafizəsinin gücləndirilməsi qərara alınıb. Parlamentin və Ali Məhkəmənin binalarına da ziyan dəyib - etirazçılar oradan rəsm və digər sənət əsərlərini çıxara biliblər. Braziliyanın paytaxtında xaos keçmiş prezidentin tərəfdarları tərəfindən səhnələşdirilib. Eyni zamanda, Jair Bolsonaro özü də onların hərəkətlərini pisləyib.
BMT, Fransa, ABŞ, Kanada və digər ölkələrin nümayəndələri də analoji qiymət veriblər. Meksika prezidenti isə çevriliş cəhdinin arxasında oliqarxların olduğunu bildirib.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər