Bütün xəbərlər
Peskov məktəbə hücumu terror aktı adlandırdı
Tarix: 26-09-2022 23:27 | Bölmə: Dünya

Peskov məktəbə hücumu terror aktı adlandırdı



Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İjevskdə məktəbə hücumu terror aktı adlandırıb.
“Qafqazinfo”nun məlumatına görə, Peskov hücumu törədən şəxsin neofaşist təçkilatın və yaxud qruplaşmanın tərəfdarı ola biləcəyini də istisna etməyib.
Xatırladaq ki, bu gün Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib. Nəticədə 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib.


Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər