Bütün xəbərlər
Bu ölkədə meymunçiçəyinə yoluxma halı 5 mini keçdi
Tarix: 10-08-2022 20:00 | Bölmə: Dünya

                  Bu ölkədə meymunçiçəyinə yoluxma halı 5 mini keçdi



İspaniya meymunçiçəyinə yoluxma hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci yerdədir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xəbərdarlıqları və Fövqəladə Hallar Koordinasiyası Mərkəzinin (CCAES) verdiyi məlumata görə, meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son 5 gündə 220 nəfər artaraq 5162 nəfərə çatıb.
Ölkədə meymunçiçəyi xəstəliyinin ən çox olduğu şəhər 2094 yoluxma halı ilə Madrid olub.


Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər