11:39 / 13-08-2022
Tramp həbs oluna bilər
Norveç Ukraynaya döyüş maşınları göndərdi
Tarix: 31-07-2022 22:37 | Bölmə: Dünya

                  Norveç Ukraynaya döyüş maşınları göndərdi



Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib.
“Qafqazinfo” xəbər verir ki, bu məlumat Norveç hökumətinin saytında açıqlanıb. 
Krallığın müdafiə naziri Born Arilda Qrammın sözlərinə görə, Norveç Ukraynanın müdafiəsi üçün ona yardım göstərməyə davam edəcək. Bu məqsədlə Krallıqda Ukraynaya əlavə dəstək göstərilməsi imkanları daim təhlil edilir.
Qeyd edək ki, daha əvvəl Norveç hökumətinin qərarı ilə bir neçə dəfə Ukraynaya müxtəlif nomenklaturlu hərbi texnika verilib. Ukraynaya verilmiş silahlar arasında - artilleriya topları, tırtıllı reaktiv qurğular, hava hücumundan müdafiə təyinatlı daşınabilən vasitələr və zirehli avtomobillər, həmçinin verilmiş silah sistemləri üçün raketlər və mərmilər var.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər
13-08-2022, 11:39 Tramp həbs oluna bilər