Bütün xəbərlər
Türkiyənin Mosuldakı baş konsulluğuna hücum olub
Tarix: 27-07-2022 14:17 | Bölmə: Dünya

                   Türkiyənin Mosuldakı baş konsulluğuna hücum olub



Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğuna hücum olub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, hücum bu gün səhər saatlarında edilib. 
Bildirilir ki, hücum nəticəsində ölən və yaralanan olmayıb. 
“Bu hücumu ən sərt şəkildə qınayırıq və hücuma görə məsuliyyət daşıyan şəxslərin tez bir zamanda ədalət qarşısına çıxarılmalarını gözləyirik”, - deyə məlumatda qeyd olunub.
 


Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər