Bütün xəbərlər
Trampın həyat yoldaşı vəfat etdi
Tarix: 15-07-2022 02:20 | Bölmə: Dünya

                 Trampın həyat yoldaşı vəfat etdi


ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ürək tutmasından dünyasını dəyişib.
Həkimlər kömək üçün onun evinə gəlsələr də, qadını xilas edə bilməyiblər.
“İvana Tramp Nyu-Yorkdakı evində vəfat etdi. O, ilham verici həyat sürən gözəl, inanılmaz qadın idi”, - Tramp ailəsi açıqlamasında bildirib.
Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar.


Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər