Bütün xəbərlər
Ukrayna limanlarındakı gəmilərdə Azərbaycan vətəndaşları da var - BMT
Tarix: 09-06-2022 11:16 | Bölmə: Dünya

                   Ukrayna limanlarındakı gəmilərdə Azərbaycan vətəndaşları da var


“Ukraynanın minalanmış limanlarında hərəkətsiz qalan gəmilərdə Azərbaycandan olan şəxslər də var”.
“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna limanlarında təqribən 80 gəmi hərəkətsiz halda qalıb. Bu gəmilərdə isə təqribən 450 dənizçi var: “Onlardan üçdə biri Filippindən olsa da, sıralarında Azərbaycan, Türkiyə və Suriyadan çox sayda adam var”.
Adams, həmçinin qeyd edib ki, limanlarda dəniz minalarının zərərsizləşdirilməsi üçün bir neçə ay tələb olunacaq.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər