Bütün xəbərlər
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Tarix: 23-01-2022 21:34 | Bölmə: Dünya

Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb


Çin hakimiyyəti Pekin Olimpiadasına gələn xarici nümayəndə heyətlərinin üzvləri arasında 72 nəfərin koronavirusa yoluxduğunu müəyyən edib.
Trend-in məlumatına görə, bu barədə Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsindən bildiriblər.
Məlumata əsasən, yanvarın 4-ü saat 00:00-dan yanvarın 22-si saat 23:59-dək Çinə 171 idmançı və rəsmi şəxslər və 2 415 "digər maraqlı tərəflərin nümayəndələri" də daxil olmaqla müxətlif nümayəndə heyətlərinin 2 586 üzvü gəlib.
Ölkəyə gələn nümayəndə heyətlərinin üzvləri koronavirusun müəyyən edilməsi üzrə test ediliblər. Testlər nəticəsində "digər maraqlı tərəflərin nümayəndələri" arasında 72 nəfərdə koronavirus aşkarlanıb.
Qeyd edilir ki, hazırkı dövrədək idmançılar və rəsmi şəxslər arasında koronavirusa yoluxn aşkarlanmayıb.





Baxış sayı: 458


Bölməyə aid digər xəbərlər