21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
20:22 / 13-10-2026
Polis məmuruna atəş açıb
Bütün xəbərlər
İrana böyük şok: Baş nazirlərin görüşündən sonra qərar verildi
Tarix: 25-11-2021 02:20 | Bölmə: Dünya
İrana böyük şok: Baş nazirlərin görüşündən sonra qərar verildi

Avstraliya hökuməti İran tərəfindən dəstəklənən Hizbullahı terror təşkilatları siyahısına daxil edib.
Kanal.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamanı Avstraliya daxili işlər naziri Karen Endryus verib.
Endryus hökumətin Hizbullahı terror təşkilatları siyahısına saldığını açıqlayıb və buna səbəb kimi təşkilatın Fələstində İslami Cihad və HƏMAS-a bağlı İzzəddin Əl-Qəssam Briqadalarına dəstək verməsini göstərib.
Avstraliya hökumətinin bu qərarının aylardır iqtisadi böhranla mübarizə aparan Livana yardıma təsir edə biləcəyi təxmin edilir.
Hizbullahla bağlı qərar İsrail Baş naziri Naftali Bennetin avstraliyalı həmkarı Skott Morristonu Hizbullahı terror təşkilatı elan etməyə çağırmasından sonra verilib.
Avstraliya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi hələ iyun ayında Hizbullahın terror təşkilatları siyahısına salınması ilə bağlı qanun layihəsini təqdim etmişdi.



Baxış sayı: 418


Bölməyə aid digər xəbərlər