Bütün xəbərlər
İraqlı məmur Baş nazirə sui-qəsd işi üzrə saxlanılıb
Tarix: 24-11-2021 17:15 | Bölmə: Dünya

                      İraqlı məmur Baş nazirə sui-qəsd işi üzrə saxlanılıb



İraqın Xarici İşlər Nazirliyinin bölmələrindən birinin rəhbəri ölkənin Baş naziri Mustafa Əl-Kazeminin həyatına sui-qəsd işi ilə bağlı saxlanılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri partlayıcı maddələrlə mübarizə şöbəsinin rəisi Sabah Həsən əş-Şiblini sui-qəsddən sonra Kazeminin iqamətgahının damına düşən partlamamış hərbi sursatlardan birini partlatdığı üçün saxlayıb.
Qeyd edək ki, İraqın Baş nazirinin Bağdad şəhərindəki iqamətgahı PUA-ların hücumuna məruz qalıb. Hücum nəticəsində Baş nazir xəsarət almasa da, onun üç cangüdəni yaralanıb. İraqın Daxili İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb və bildirib ki, Baş nazirin iqamətgahına üç PUA istiqamətlənib ki, onlardan 2-si zərərsizləşdirilib.



Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər