Bütün xəbərlər
İsrailin Baş naziri 8 il sonra Ərdoğana zəng etdi
Tarix: 19-11-2021 00:31 | Bölmə: Dünya

                  İsrailin Baş naziri 8 il sonra Ərdoğana zəng etdi


İsrailin Baş naziri Naftali Bennett Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
“Qafqazinfo” İsrail mətbuatına istinadən xəbər verir ki, Naftali Bennett Ərdoğana israilli cütlük Natali və Mordi Oakninin İstanbuldakı həbsxanadan azad edilməsində göstərdiyi səylərə görə təşəkkür edib.
Hökumət başçıları Türkiyə və İsrail arasındakı əlaqələrdən danışıblar.
Qeyd edək ki, bu, İsrail baş naziri ilə Ərdoğan arasında 2013-cü ildən bəri ilk telefon danışığı olub.
 


Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər