Bütün xəbərlər
İraqdakı ABŞ səfirliyi raket atəşinə tutuldu
Tarix: 31-10-2021 17:43 | Bölmə: Dünya

İraqdakı ABŞ səfirliyi raket atəşinə tutuldu


İraqın paytaxtı Bağdad şəhərində terror aksiyası baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, Bağdadın Əl-Mansur rayonunda “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinə üç raket zərbəsi endirilib.
Raketlər səfirliyə yaxın əraziyə düşüb. İnsan tələfatı olmasa da, rayonda yerləşən inzibatı binalara böyük maddi zərər dəyib.
Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanlarının əməkdaşları geniş əməliyyat tədbirlərinə başlayıblar.
Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi dəfələrlə raket atəşinə məruz qalıb.


Baxış sayı: 224


Bölməyə aid digər xəbərlər