Bütün xəbərlər
Saakaşvili Gürcüstana gedəcəyi tarixi açıqladı
Tarix: 06-09-2021 23:53 | Bölmə: Dünya

                     Saakaşvili Gürcüstana gedəcəyi tarixi açıqladı


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yerli idarəetmə orqanlarına oktyabrın 2-də keçiriləcək seçkilərə yaxın vətəninə qayıdacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o feysbuk səhifəsində yazıb. O, tərəfdarlarını həmin gün bütün işlərini təxirə salmağa və ölkəyə seçkilərə gəlməyə çağırıb. Saakaşvili qeyd edib ki, gürcü xalqının həm onu, həm özünü azad edəcəyinə inandığı üçün ona qarşı açılmış  cinayət işi çərçivəsində həbs olunmaqdan qorxmur.
“Mən taleyimi gürcü xalqına həvalə etməkdən qorxmuram”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvili ölkəyə gələrsə, onu həbs gözlədiyini bildirib.



Baxış sayı: 696


Bölməyə aid digər xəbərlər