Bütün xəbərlər
Ərdoğan Baydenlə görüşdə hansı sualları verəcəyini açıqladı
Tarix: 02-06-2021 01:18 | Bölmə: Dünya

                  Ərdoğan Baydenlə görüşdə hansı sualları verəcəyini açıqladı


“ABŞ Prezidenti Co Baydenlə görüşəndə ondan Türkiyə-ABŞ münasibətlərinin niyə gərgin oldiğunu soruşacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Sizdən əvvəlki demokratlarla - Buş və Obama ilə işlədik. Amma onlarla belə bir gərginlik yaşamadıq. Ardından respublikaçı Trampla işlədik. Onunla da heç bir gərginlik qeydə alınmadı.
Əksinə, çox rahat idik. Cənab Baydenlə, təəssüf ki, görüş trafikimiz rahat olmadı. İndi NATO  Zirvəsində bir araya gələcəyik. Bunları müzakirə edəcəyik”, - Ərdoğan qeyd edib.


Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər