15:42 / 17-05-2021
Naxçıvan tərəqqi yolunda
Tramp yeni sosial platformaya qoşuldu
Tarix: 02-04-2021 01:00 | Bölmə: Dünya

                  Tramp yeni sosial platformaya qoşuldu


ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin, Respbulikaçılar partiyasının bir sıra tərəfdarı yeni sosial platformaya – “Campaign Nucleus”a qoşulublar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb. Yeni sosial şəbəkəni Trampın seçkiqabağı qərargahının keçmiş müşaviri Bred Parskeyl hələ 2016-cı ilin martında yaradıb. “Campaign Nucleus” istifadəçilərə elektron məktublar, press-relizlər göndərmək, mətn mesajları yazmaq və dövlət rəsmiləri ilə əlaqə qurararq söhbətlər aparmaq imkanları verir.
Yeni platformanın Trampa daha əvvəl digər sosial şəbəkələrdə olduğu kimi, öz bəyanatlarını jurnalistlərə və tərəfdarlarına çatdırmaq imkanı verəcəyi bildirilir.
Xatırladaq ki, Twitch, Twitter, Facebook, Youtube, Instagram Vaşinqtonda 6 yanvar iğtişaşlarına görə Trampın hesablarını bloklayıb.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər
11-05-2021, 22:18 Kazan bu gün... - Fotolar