21:45 / 08-07-2025
Müharibə müxbiri Razin: Kursk vilayətində düşmənin körpübaşı yoxdur
21:42 / 08-07-2025
Dağıstanlı idman şərhçisi qanunsuz silah alverinə görə şərti cəza alıb
21:39 / 08-07-2025
Moskva vilayətində güclü yağış və tennis topu boyda dolu yağıb
21:36 / 08-07-2025
Ermənistan prezidenti elektrik şəbəkələrinin milliləşdirilməsinə icazə verən qanunu imzalayıb
21:26 / 08-07-2025
Məhkəmə futbolçu Promesin həbs müddətini uzadıb
21:21 / 08-07-2025
Ulduz vizajist və stilist Dmitri Vişnevski vəfat edib
21:18 / 08-07-2025
Rusiya Silahlı Qüvvələrinin əsgəri Oper: Ukrayna Silahlı Qüvvələri KXDR-in Boqatır şəhərində ağ bayraqlı qaçqınlara atəş açıb.
21:11 / 08-07-2025
“Zoloto Ynykchana” şirkətinə məxsus An-2 təyyarəsinin sərt eniş anından görüntülər yayılıb.
21:06 / 08-07-2025
Qazaxıstan ABŞ-ın 25% ticarət tariflərinə cavab verəcəyini vəd edir
21:03 / 08-07-2025
Qırmızı dənizdə Yunanıstan yük gəmisinə hücumda Rusiya yaralanıb
20:57 / 08-07-2025
IDF Livanın Tripolisində HƏMAS-ın əsas üzvünə qarşı hücumdan xəbər verib
20:52 / 08-07-2025
Rusiyada alkoqol istehsalı 2025-ci ilin birinci yarısında 16,1% azalıb
20:47 / 08-07-2025
Krım sakini Krım körpüsünü dağıtmaq çağırışlarına görə mühakimə olunacaq
20:38 / 08-07-2025
Tramp ticarət tərəfdaşlarına yeni tariflərlə bağlı məktublar göndərməyə davam edəcək
20:33 / 08-07-2025
Viktor Tsoyun yaşadığı Sankt-Peterburqdakı ev regional abidə kimi tanınıb
20:27 / 08-07-2025
Səudiyyə Ərəbistanı öz resurslarını bütün investorlar üçün əlçatan etməyə hazırdır
20:21 / 08-07-2025
Slutski nəqliyyat naziri Nikitini sistemli adam adlandırıb
20:15 / 08-07-2025
Hər gün nömrələrin dəyişdirilməsi ilə 1,2 milyon zəng aşkarlayır
20:08 / 08-07-2025
Məhkəmə futbolçu Promesin həbsini uzadıb
20:02 / 08-07-2025
Lukaşenko gecələr tarlaları yuxuda gördüyünü paylaşıb
17:03 / 07-07-2025
Miqrantlar qızın müdafiəsinə qalxan oğlanı döyüblər
17:00 / 07-07-2025
Lavrov: "Ukraynanın demilitarizasiyası və denazifikasiyası sülh müqaviləsinə daxil edilməlidir"
16:58 / 07-07-2025
Bundestaqın keçmiş üzvü Ukraynanı silah təchizatında qara dəlik adlandırıb
16:54 / 07-07-2025
İran prezidenti İsrailin ona sui-qəsd cəhdi olduğunu deyib
14:47 / 07-07-2025
Sərnişinləri ödənişli siqaret otağına qarşı qaldırıblar
14:43 / 07-07-2025
Peskov: "Kreml əmindir ki, Rusiya və Azərbaycan müttəfiq olaraq qalmalıdır"
14:38 / 07-07-2025
Şeremet: "Tramp güclü Rusiya ilə məşğul olduğu fikrindən əsəbiləşdi"
14:35 / 07-07-2025
Xarici vətəndaş Şeremetyevodan 29 milyon rubl dəyərində silah nişanları götürməyə çalışıb
14:28 / 07-07-2025
Dörd yaşlı uşaq stomatoloqda anesteziyaya məruz qalaraq komaya düşüb
14:24 / 07-07-2025
Peskov: "BRİKS-in fəaliyyəti heç vaxt üçüncü ölkələrə qarşı yönəlməyəcək"
14:19 / 07-07-2025
Lavrov: "Rusiya Avropa ölkələrinə hücum və ya işğal etməyi planlaşdırmır"
14:13 / 07-07-2025
SHOT:Ər arvadının qollarını rəfdə qandallayıb vəhşicəsinə öldürüb
13:59 / 07-07-2025
İtkin düşən növbə işçisinin meyiti meşədə tapılıb
13:57 / 07-07-2025
SHOT: Manyak 15 il həbsdən sonra Udmurt koloniyasından azad edilib
13:37 / 07-07-2025
İri zavodun şöbə müdiri rüşvətə görə həbs edilib
13:33 / 07-07-2025
12 nəfər hazır yeməkdən salmonellyoz xəstəliyinə tutulub
13:29 / 07-07-2025
Ermənistanda həbs olunan yepiskopun müdafiəsi Paşinyanın işə qarışacağını elan edib
12:57 / 07-07-2025
Şor etiraf edib ki, ona qarşı artıq 144 sanksiya tətbiq edilib
12:54 / 07-07-2025
Naməlum şəxslər stomatoloji mərkəzə tüstü bombası atıblar
12:52 / 07-07-2025
Futbolçu iş adamının çənəsini sındırıb
MƏNALI ÖMRÜNÜN 25 İLİNİ NAXÇIVANDA ELMİN VƏ TƏHSİLİN TƏRƏQQİSİNƏ HƏSR EDƏN CƏFAKEŞ İNSAN
Tarix: 19-05-2020 20:02 | Bölmə: Reportaj










Naxçıvan Muxtar Respublikasında təhsilin və elmin inkişafında ictimai-siyasi xadim Vasif Talıbovun xidmətləri ümmansızdır. Əmək fəaliyyətinə Xalq Maarifi Şöbəsindən başlayan Vasif Talıbov elmi fəaliyyətdəmənalı və şərəfli həyat yolu keçmiş, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gəncliyin elm və tərbiyəsinə həsr etmişdir.Xalq arasında xüsusi hörmət qazanmış Vasif Talıbov həyatını naxçıvanlılara, vətəninə təmənnasız xidmətə həsr etmiş, yaşanan çətin keçid illərində belə yüzlərlə insana mənəvi dayaq olmuşdur. Bu dərin təfəkkürlü, aydın zəkalı insanla azca
ünsiyyət onu nurlu bir şəxsiyyət kimisəciyyələndirməyə əsas verir. Vasif müəllimin əməli fəaliyyətinin mühüm sahələrindən biri də təhsil və elmi-pedaqoji kadr hazırlığı sahəsində göstərdiyi xidmətlərdir. Vasif Talıbovun təhsillə bağlı imzaladığı Sərəncamlarda və ya keçirdiyi müşavirələrdə önə sürdüyü məsələlər tərbiyənin məqsəd və vəzifələri, tərbiyə və təhsil metodikası, ümumi və politexnik təhsilin məzmunu, təhsilin məhsuldar əməklə əlaqəsi, estetik tərbiyənin, fiziki və əxlaq tərbiyəsinin mahiyyəti və vəzifəsi məsələləridir.
Azərbaycan mədəniyyətini, ədəbiyyatını və tarixini dərindən bilən, böyük məhəbbətlə sevən, onu uca tutan və yüksək qiymətləndirən Vasif Talıbov deyir: “Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik”.
Təhsilin, mədəniyyətin inkişaf etdirilməsi, ümumtəhsil məktəblərinin komputer texnologiyası ilə təchizi proqramının hazırlanıb həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlar üçün rayonlar üzrə məktəb, internat - məktəbi, texniki peşə məktəblərinin yaradılması, bu müəssisələrin ixtisaslı pedaqoji kadrlarla təminatı üçün məqsədli yenidən hazırlanma kurslarının təşkili, orta ümumtəhsil məktəbləri şagirdləri arasında sahibkarlıq fəaliyyəti ilə bağlı olimpiadaların, viktorinaların, məşğulluq problemləri ilə bağlı dəyirmi masaların və konfransların keçirilməsi, gənclərin işsizlik problemləri ilə bağlı sosioloji tədqiqat işlərinin aparılması dediklərimizə əyani sübutdur.
Bildiyimiz kimi, təhsilin keyfiyyətinə bilavasitə təsir edən mühüm amillərdən biri də orta ümumtəhsil məktəblərində maddi-texniki bazanın gücləndirilməsidir.Bu gün, Naxçıvanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almışdır. Cənab Vasif Talıbovun təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı addımlar atılmışdır.
Ulu öndər Heydər Əliyev deyirdi ki, “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Bu tendensiyasını rəhbər tutan, cənab Vasif Talıbov çıxışlarında daim vurğulayır ki, təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişaf indeksinin mühüm amillərindən biri olmaqla, sosial-iqtisadi inkişafın sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iqtisadiyyatı şəraitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi zəruriliyini qarşıya qoyur. Bu gün Naxçıvanın hər hansı bir ucqar kənd məktəbində belə sürətli internet çıxışı olmayan məktəb
təsəvvür etmək mümkünsüzdür. Statistika göstərir ki, 200-dən artıq tikilən və ya əsaslı şəkildə yenidən qurulan hər bir ümumtəhsil məktəblərində sürətli internətə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə quraşdırılmış, zəngin fonda malik kitabxanalar, yeni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar və fənn kabinələri müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Bu da Vasif Talıbovun elmin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirməsi deməkdir.
Psixopedaqogikada daha çox istifadə olunan üsullardan biri də rəğbətləndirmə üsuludur.Humanist insan Vasif Talıbov hər il ali məktəb ocaqlarına sənəd verərək yüksək bal toplayan məzunlarla özü şəxsən görüşür və onlara öz xeyir-duasını verir,gənclərə vətənə xidmət, həm də layiqincə xidmət etməyi nəsihət edir. Naxçıvan Dövlət Universitetində Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi və Pedaqoji fakültələrin açılışında iştirak edən Vasif Talıbov çıxışında belə bir müdrikanə fikir səsləndirdi: Qarşıdakı illəri düşünürsünüzsə arpa əkin, buğda əkin; onillikləri düşünürsünüzsə ağac əkin, yüzillikləri düşünürsünüzsə uşaq tərbiyə edin və təhsil verin. Göründüyü kimi, böyük şəxsiyyət hər zaman, hər vaxt ümumtəhsil və ali təhsil müəssisələrində şəxsiyyətyönümlü təlim mühitinin yaradılmasını daim diqqətdə saxlayır.
Hamıya məlumdur ki, Vasif Talıbovun tapşırığı və göstərişi ilə Naxçıvanda fəaliyyət göstərən ali məktəb ocaqları ilə ümumtəsil məktəbləri arasında bir əlaqə körpüsü yaradılıb. Hər hansı bir kənddə, qəsəbədə, rayonda və şəhərdə doğulub boya-başa çatan, bu gün isəakademik, professor və dosent olan hər bir müəllim hər ayın son həftəsinin bir günündə maraq və həvəslə məktəbə gedir, şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühazirələr oxuyur və şagirdlərin ali məktəblərə yol tutmasına maraq, həvəs yaradırlar.
Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında, artıq müasir təhsil modeli formalaşıb. Belə ki, Naxçıvan Dövlət Universiteti və qabaqcıl ümumtəhsil məktəblərində körpü rolunu oynayan distant təhsil kursları işlənib hazırlanmışdır. Artıq dünyanın bir çox inteqrasiya etmiş ali və ümumtəhsil məktəbləri ilə canlı bağlantılar qurulur, professor və dosentlər prestij ixtisaslardan mühazirələr oxuyur və ya seminarlar aparırlar.
Cənab sədr tərəfindən həyata keçirilmiş tədbirlər proqramı içərisində məktəbəqədər təhsil sahəsində də böyük perspektivlər öz əksini tapmaqdadır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəldilməsi; müasir tələblərə cavab verən yeni kurikulumun hazırlanması və s. bu perspektivlər daxilindədirTəhsildə inkişaf strategiyasını uğurla gerçəkləşdirən cənab Vasif Talıbov peşə məktəbi və peşə liseylərini də elmi-texniki tərəqqinin inkişafı və müasir texnologiyaların tətbiqi ilə
əlaqədar daha geniş profilli, yüksək intellektə malik olan ixtisaslı kadrlar hazırlayan təhsil müəssisəsinə çevirmişdir. Buna görə də, peşə məktəbi və peşə liseylərində təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəltmək, şagirdlərin peşə və fənlərə olan maraq və meyillərini artırmaq, istedadlı şagirdləri üzə çıxarmaq, onlarla işin forma və metodlarını təkmilləşdirmək məqsədilə fənn olimpiada və peşə müsabiqələrinin keçirilməsinə diqqət xeyli artırılmışdır.
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədi ilə də bağlı Sərəncam imzalamışdır (30 may 2006). Bu Sərəncama əsasən, istedadlı, fenomen şagirdləri müəyyənləşdirmək üçün sinifdənxaric və məktəbdənkənar tədbirlər, olimpiadalar, yarış və müsabiqələr, fənn gecələri, ədəbi-bədii, elmi-tədqiqat kimi tədbirlərin həyata keçirilməsi cənab sədrin diqqət mərkəzindədir.
Bütün bunlarla yanaşı, Vasif Talıbov digər sahələrdə olduğu kimi, qədim Naxçıvanın zəngin elmi-mədəni irsinin layiqincə araşdırılmasında da məqsədyönlü addımlar atmışdır. Həmçinin, alimləri və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi tədqiqat işlərinin aparılmasına yönəldir. Vasif Talıbov nitqlərinin birində belə deyir: “Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənc nəsil himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə də ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir”.Vasif TalıbovNaxçıvanda
fəaliyyət göstərən alimlərin beynəlxalq əlaqələrinin genişləndirilməsinə münbit şərait yaradır və əzmlə çalışır. Bilavasitə, onun sayəsində alimlər beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edir, Azərbaycan elmini dünyaya tanıdır və xalqı ləyaqətlə təmsil edirlər.
Ədəbiyyatı dərindən bilən, böyük məhəbbətlə sevən, onu uca tutan və yüksək qiymətləndirən Vasif Talıbov Əkmələddin Naxçıvaninin, Baba Nemətullah Naxçıvaninin, Məhəmməd ağa Şahtaxtlının, Behbud ağa Şahtaxtlının, Məhəmməd Tağı Sidqinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Əliqulu Qəmküsarın, Ərtoğrol Cavidin, Məmməd Səid Ordubadinin, İslam Səfərlinin, Məmməd Arazın və başqalarının həyatı və yaradıcılığının öyrənilməsi ilə bağlı Sərəncam imzalamışdır. Vasif Talıbovun fəaliyyəti yuxarıda qeyd etdiyimiz fikirlərlə də məhdudlaşmır. Yenə də,zəngin tarixi-mədəni irsə malik olan Naxçıvanla bağlı mühüm işlərin, o cümlədən Naxçıvan ensiklopediyası (III cilddə), Naxçıvan abidələri ensiklopediyası, Naxçıvan tarixi atlası, Naxçıvan folklor antologiyası, Naxçıvan tarixi (II cilddə), Naxçıvanın Qırmızı kitabı, Naxçıvanın təbii sərvətləri, Naxçıvan teatrının salnaməsi kimi fundamental əsərlər hazırlanması yönündə öz müvafiq tapşırıqlarını vermişdir. Vasif Talıbov belə hesab edir ki, hər bir naxçıvanlı tarixi kökünü bilməli, xatırlamalı, elm və mədəniyyətdən ayrılmamalıdır.
Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı, milli-mənəvi dəyərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq və müdriklik kimi keyfiyyətlər ictimai-siyasi xadim Vasif Talıbovun ictimai portretinə ştrixlərdir. Xeyirxahlıq, insanlara sevgi, yaşının erkən çağlarından tanınmış elm fədaisinin həyat amalına çevrilmişdir. Vasif Talıbovun insanlarla ünsiyyət bacarığı, ulu öndər təmkini, yüksək mədəniyyəti, tələbkarlığı, gələcəyə inam eşqi gənclərə böyük örnəkdir. Onun bu insani
keyfiyyətlərinə təvazökarlığı, sadəliyi də əlavə olunmalıdır. Vətənpərvərlik, mərdlik, doğruluq, saflıq, sözünə sadiqlik, zəhmətsevərlik ulu öndər Heydər Əliyev kimi, Vasif Talıbovun da aurasını daha cəlbedici edir. Vasif Talıbov həm də aydın fikrə, güclü məntiqə, geniş erudisiyaya, qibtəedici hafizəyə və tədqiqatçı sə
liqə-səhmanına malik bir insandır. Məzmunlu-maraqlı çıxış və ya söhbətləri ilə dinləyicilərini ovsunlayan həm qəlb adamı, həm də müəllimdir. Vasif Talıbovda əlavə cəhətləri belə vurğulamaq olar:
Vasif Talıbov haqq və ədalət adamıdır. Böyük yunan filosofu Aristotel ədalət anlamını belə izah edir: “...Ədalət hər kəsin layiq olduğu haqqın ona verilməsidir”. Vasif Talıbov yaxşılıq etməyi özünün həyat amalı hesab edir və bununla da özünü xoşbəxt hesab edir. Klassik psixopedaqoji fikir tarixində də belə şəxsləri xoşbəxt insan hesab edirlər. Böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusi xoşbəxtliyi belə səciyyələndirir:

“...Xoşbəxtlik insan həyatında fəzilətlərin vərdiş halına keçməsidir”. Müdriklərdən biri isə deyir ki, “Xoşbəxtlik taleyin özünü ram etməkdir”. Vasif Talıbov da Naxçıvanda həyata keçirdiyi hər bir işin inkişafından, tərəqqisindən özünü xoşbəxtsayır.
Ulu öndər Heydər Əliyevin maarifçilik məktəbini bitirən və cənab İlham Əliyev kursunu davam etdirən Vasif Talıbovu fürsətdən istifadə edərəkNaxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə də təbrik edirik. Ulu Tanrıdan bəşəri nemət olan can sağlığı, xoşbəxtlik, intibah işlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitunun dosenti,
Azərbaycan Respublikasının Əməkdar müəllimi


Baxış sayı: 3 533
Bölməyə aid digər xəbərlər
Tarix: 19-05-2020 20:02 | Bölmə: Reportaj





























- Az vaxt ərzində çox səmərəli işlər görüb;
- Yaşadığı ömürdə yaradıcı fəaliyyəti olub;
- İş yeri sanki ali və ümumtəhsil məktəbləri olub;
- Həyat amalı elmi yaradıcılıq və humanizmdir;
- Ulu Tanrı Vasif Talıbovdan iti zəkanı, sadəlik və təvazökarlıq kimi keyfiyyətləri əsirgəməyib;
- Gördüyü işlər, apardığı islahatlar özünə əbədiyaşarlıq gətirib;
- Vasif Talıbov ədalətlidir, mərddir, yüksək ünsiyyət mədəniyyətinə malikdir.


“...Xoşbəxtlik insan həyatında fəzilətlərin vərdiş halına keçməsidir”. Müdriklərdən biri isə deyir ki, “Xoşbəxtlik taleyin özünü ram etməkdir”. Vasif Talıbov da Naxçıvanda həyata keçirdiyi hər bir işin inkişafından, tərəqqisindən özünü xoşbəxtsayır.
Ulu öndər Heydər Əliyevin maarifçilik məktəbini bitirən və cənab İlham Əliyev kursunu davam etdirən Vasif Talıbovu fürsətdən istifadə edərəkNaxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə də təbrik edirik. Ulu Tanrıdan bəşəri nemət olan can sağlığı, xoşbəxtlik, intibah işlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitunun dosenti,
Azərbaycan Respublikasının Əməkdar müəllimi


Baxış sayı: 3 533
Bölməyə aid digər xəbərlər
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
26-04-2025, 09:17
Sumqayıtda şəhid Elvin Həsənovun mövludu-VİDEO+FOTOLAR
14-04-2025, 11:01
Sumqayıt şəhərində 1-ci Qarabağ şəhidi Əli Quliyevin 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
2-04-2025, 11:12
44 günlük Vətən müharibəsinin şəhidi Novruz Məmmədovun mövluduna həsr olunmuş “Bu dünyadan bir qəhrəman Novruz keçdi” adlı tədbir
29-03-2025, 11:33
Şəhid ailələri və qazilər iftar süfrəsində-VİDEO+FOTOLAR
13-03-2025, 21:27
Sumqayıtda şəhid Rüfət Mustafayevin mövludu qeyd olunub-VİDEO+FOTOLAR
11-03-2025, 23:45
Sumqayıtda şəhid Abdulla Əhmədovun mövludu keçirilib-VİDEO+FOTOLAR
16-02-2025, 16:40
Şəhid anası: "Bugünkü tədbiri keçirən millət vəkilimizə minnətdaram, bizim kimi anaların yanar ürəyinə su səpdi"
3-02-2025, 21:04
Sumqayıtda şəhid Qubad Əliyevin mövludu keçirilib-VİDEO+FOTOLAR
30-11-2024, 20:43
Sumqayıtda 1-ci Qarabağ Müharibəsi şəhidlərinin baralyefinin açılışı olub-VİDEO+FOTOLAR
29-11-2024, 22:37
Sumqayıt şəhərində şəhid Aydın Əliyevin ildönümü keçirilib-VİDEO+FOTOLAR
26-11-2024, 20:29
Xudatda şəhid Fəxrəddin Fərəcovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
15-11-2024, 21:39
Sumqayıtda şəhid Rəhman Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
11-11-2024, 23:45
Sumqayıtda şəhidlərin ildönümü keçirilib-VİDEO+FOTOLAR
6-11-2024, 23:12
Sumqayıt şəhərində "Qarabağ" ordenli şəhid Vüsal Allahyarovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 23:33
Sumqayıt şəhərində şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
24-10-2024, 14:45
Sumqayıt şəhərində "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin ildönümü keçirilib-VİDEO+FOTOLAR
20-10-2024, 15:02
Sumqayıt şəhərində şəhid Eldar Abdullayevin anım gününə həsr olunmuş tədbir-VİDEO+FOTOLAR
19-10-2024, 23:56
Sumqayıtda Saleh Nuriyevin ildönümü keçirilib-VİDEO+FOTOLAR
17-10-2024, 21:33
Şəhidlərin ildönümü keçirilib-VİDEO+FOTOLAR
3-10-2024, 12:30
Sumqayıtda şəhid Abdulla Əhmədovun ildönümü keçirilib
22-09-2024, 03:01
Şəhid leytenant Cavid Mirzəyevin ildönümü keçirilib
20-09-2024, 18:59
Sumqayıtda şəhid polis Asim Camalzadənin ildönümü keçirilib
19-09-2024, 20:37
Şəhid polis Ramil Şirinovun ildönümü keçirilib
13-09-2024, 00:43
Sumqayıtda şəhid Səbuhi Əhmədovun ildönümü keçirilib
15-07-2024, 09:05
Şəhidə həsr olunmuş “Unutmadıq... tarix yazdınız!” adlı tədbir keçirilib-Video+FOTOLAR
14-07-2024, 10:15
Şəhidə həsr olunnuş “Dastana dönən şəhidim” adlı xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
9-07-2024, 09:01
Şəhid polis Ramil Şirinovun mövludu keçirilib-VİDEO+FOTOLAR
6-07-2024, 15:09
Şəhid Leytenant Ülvü Məhərrəmovun mövludu keçirilib-VİDEO+FOTOLAR
4-07-2024, 02:18
Şəhidin dəfn və yas mərasimindən-VİDEO+FOTOLAR