09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Sumqayıtda şəhid polis Asim Camalzadənin ildönümü keçirilib
Tarix: 20-09-2024 18:59 | Bölmə: Reportaj

Sumqayıt şəhərində "Qayalı" mərasim evində şəhidlik zirvəsinə ucalmış polis əməkdaşı Asim Camalzadənin ildönümü keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri, polis əməkdaşları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və şəhərin digər rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Camalzadə Asim Kinyaz oğlu 5 fevral 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 16 saylı tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.
Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Camalzadə Asim Kinyaz oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.
Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

















Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər