20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
Naxçıvanda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edilib
Tarix: 22-11-2017 00:29 | Bölmə: Manşet

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbir “Araz” Dövlət Qəbul Evində davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Yeni Azərbaycan Partiyası 25 il bundan əvvəl – ölkəmizin həyatında ağır bir dövrdə yarandı. O vaxt iqtisadiyyatı dağılmış vəziyyətdə olan Azərbaycanda siyasi böhran da dərinləşmiş, sosial-iqtisadi vəziyyət ağırlaşmışdı. 1992-ci il noyabrın 21-də yaradılan partiyamız çox keçmədi ki, böyük siyasi hərəkat xarakteri aldı. Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan uğursuz siyasətə qarşı idi. Bu gün isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir. “Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”, - deyən ölkə Prezidenti, partiyamızı və ölkəmizi ulu öndər Heydər Əliyev yolu ilə aparır.
Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın inkişafı aydın görünür. Yaradıcısı Ümummilli Lider, özü isə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası daim Azərbaycançılıq uğrunda mübarizənin önündə dayanmışdır. Bu gün əminliklə deyirik ki, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Azərbaycanın davamlı inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, güclü orduya malik olmağımız, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutmağımız Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün bütün tələblərə cavab verən inzibati binalar istifadəyə verilmişdir. Bundan başqa, yaradılan yeni qəsəbə və kənd mərkəzlərində 134 ərazi ilk partiya təşkilatı ayrıca iş otaqları ilə təmin edilmişdir. Ötən dövrdə partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənmişdir. Əgər 2000-ci ildə partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının sırasında 17 min üzv vardısa, hazırda üzvlərin sayı 3 dəfədən çox artaraq 54 minə çatmışdır.
Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının mühüm nailiyyətlərindən biri də öz ətrafında ziyalıları toplamasıdır. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 32 mindən çoxu ali və orta ixtisas təhsillidir. Muxtar respublikanın siyasi, elmi, mədəni potensialının 70 faizdən çoxu Yeni Azərbaycan Partiyasında cəmləşib. Partiya sıralarında gənclərin və qadınların da xüsusi çəkisi artmaqdadır. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında gənclərin sayı 22 minə, qadınların sayı isə 23 minə çatmışdır. Ümummilli Liderimizin də ifadə etdiyi kimi, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
Ali Məclisin Sədri deyib: Muxtar respublikamızın sosial-iqtisadi həyatında əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, partiyamız real işlərlə məşğul olur. Bu gün Naxçıvanda enerji və ərzaq təhlükəsizliyi təmin olunub, muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılıb. Sosial-iqtisadi inkişaf sürətləndirilib. Həyata keçirilən islahatların əhatə dairəsi genişləndirilib. Yeni iş yerləri açılıb, əhalinin yaşayışı yaxşılaşdırılıb. Əsası da odur ki, inkişaf davamlı xarakter daşıyır, müasir infrastruktur yaradılır, yollar çəkilir, istehsalat və xidmət sahələri istifadəyə verilir.
Bu nailiyyətlərin qazanılmasında əməyi olanlara və partiya fəallarına təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib ki, Yeni Azərbaycan Partiyasının ideyaları və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışları məhdud zaman çərçivəsinə yox, uzun bir dövrə və tarixi proseslərə hesablanıb. Bunu nəzərə alan Ümummilli Liderimiz də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək deyib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublika qadınları bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai hadisələrin fəal iştirakçısı olaraq sosial, elmi-intellektual, mədəni potensialın artırılması, müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində öz vəzifələrini layiqincə icra etməyə çalışır. Muxtar respublika əhalisinin 51 faizdən çoxunu təşkil edən qadınların qərar qəbul etmədə, hüquq-mühafizə və icra hakimiyyəti orqanlarında iştirakı genişləndirilir. Muxtar respublikada qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda üzvlərimizin 6597-si təhsil, 3351-i səhiyyə, 1765-i elm, mədəniyyət və incəsənət, 2029-u idarəetmə, 4976-sı isə digər sahələrdə çalışır. Sevda Quliyeva muxtar respublikada qadınlara göstərilən diqqət və qayğıya görə partiyanın qadın üzvləri adından minnətdarlıq edib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirli çıxış edərək deyib: Yeni Azərbaycan Partiyasının keçdiyi yol ümummilli liderimiz Heydər Əliyevin bizə ərməğanı olan müstəqil Azərbaycanın müasir inkişaf tarixidir. Bu gün partiya sıralarında birləşən gənclərimiz ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizin hərtərəfli inkişafına yönəlmiş quruculuq proqramlarının icrasında və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində səylə çalışır, dahi şəxsiyyətin ideyaları ətrafında milli birlik nümayiş etdirirlər. Muxtar respublikada görülən böyük quruculuq işləri, yaradılan dayanıqlı ictimai-siyasi sabitlik digər sahələrdə olduğu kimi, dövlət-gənclər siyasətinin də uğurla həyata keçirilməsinə imkan verir. Qazanılan bu uğurların fonunda həm də xatırlayırıq ki, ötən əsrin 90-cı illərində müstəqilliyimiz itirilmək, bununla bərabər gəncliyimiz də məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün biz məhvdən, uçurumdan yox, gələcəyə inamla addımlayan gənclər ordusundan danışırıq. Naxçıvan gəncləri qurur, yaradır, vətənimiz və xalqımızın işıqlı gələcəyi naminə səylə çalışaraq peşəkar mütəxəssislər kimi yetişir, həyata keçirilən müasirləşmə siyasətinə töhfə verən ictimai qüvvə kimi özünü göstərirlər. Yeni Azərbaycan Partiyası sıralarında birləşən muxtar respublika gənclərinin yolu birdir: Bu yol böyük yaradıcı gücə malik olan Heydər Əliyev yoludur!
Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli televiziya filminə baxıblar.
Baxış sayı: 463
Bölməyə aid digər xəbərlər
Tarix: 22-11-2017 00:29 | Bölmə: Manşet

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbir “Araz” Dövlət Qəbul Evində davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Yeni Azərbaycan Partiyası 25 il bundan əvvəl – ölkəmizin həyatında ağır bir dövrdə yarandı. O vaxt iqtisadiyyatı dağılmış vəziyyətdə olan Azərbaycanda siyasi böhran da dərinləşmiş, sosial-iqtisadi vəziyyət ağırlaşmışdı. 1992-ci il noyabrın 21-də yaradılan partiyamız çox keçmədi ki, böyük siyasi hərəkat xarakteri aldı. Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan uğursuz siyasətə qarşı idi. Bu gün isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir. “Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”, - deyən ölkə Prezidenti, partiyamızı və ölkəmizi ulu öndər Heydər Əliyev yolu ilə aparır.Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın inkişafı aydın görünür. Yaradıcısı Ümummilli Lider, özü isə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası daim Azərbaycançılıq uğrunda mübarizənin önündə dayanmışdır. Bu gün əminliklə deyirik ki, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Azərbaycanın davamlı inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, güclü orduya malik olmağımız, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutmağımız Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün bütün tələblərə cavab verən inzibati binalar istifadəyə verilmişdir. Bundan başqa, yaradılan yeni qəsəbə və kənd mərkəzlərində 134 ərazi ilk partiya təşkilatı ayrıca iş otaqları ilə təmin edilmişdir. Ötən dövrdə partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənmişdir. Əgər 2000-ci ildə partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının sırasında 17 min üzv vardısa, hazırda üzvlərin sayı 3 dəfədən çox artaraq 54 minə çatmışdır.
Ali Məclisin Sədri deyib: Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının mühüm nailiyyətlərindən biri də öz ətrafında ziyalıları toplamasıdır. Bu gün Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 32 mindən çoxu ali və orta ixtisas təhsillidir. Muxtar respublikanın siyasi, elmi, mədəni potensialının 70 faizdən çoxu Yeni Azərbaycan Partiyasında cəmləşib. Partiya sıralarında gənclərin və qadınların da xüsusi çəkisi artmaqdadır. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında gənclərin sayı 22 minə, qadınların sayı isə 23 minə çatmışdır. Ümummilli Liderimizin də ifadə etdiyi kimi, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
Ali Məclisin Sədri deyib: Muxtar respublikamızın sosial-iqtisadi həyatında əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, partiyamız real işlərlə məşğul olur. Bu gün Naxçıvanda enerji və ərzaq təhlükəsizliyi təmin olunub, muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılıb. Sosial-iqtisadi inkişaf sürətləndirilib. Həyata keçirilən islahatların əhatə dairəsi genişləndirilib. Yeni iş yerləri açılıb, əhalinin yaşayışı yaxşılaşdırılıb. Əsası da odur ki, inkişaf davamlı xarakter daşıyır, müasir infrastruktur yaradılır, yollar çəkilir, istehsalat və xidmət sahələri istifadəyə verilir.
Bu nailiyyətlərin qazanılmasında əməyi olanlara və partiya fəallarına təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib ki, Yeni Azərbaycan Partiyasının ideyaları və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışları məhdud zaman çərçivəsinə yox, uzun bir dövrə və tarixi proseslərə hesablanıb. Bunu nəzərə alan Ümummilli Liderimiz də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva çıxış edərək deyib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublika qadınları bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai hadisələrin fəal iştirakçısı olaraq sosial, elmi-intellektual, mədəni potensialın artırılması, müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində öz vəzifələrini layiqincə icra etməyə çalışır. Muxtar respublika əhalisinin 51 faizdən çoxunu təşkil edən qadınların qərar qəbul etmədə, hüquq-mühafizə və icra hakimiyyəti orqanlarında iştirakı genişləndirilir. Muxtar respublikada qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda üzvlərimizin 6597-si təhsil, 3351-i səhiyyə, 1765-i elm, mədəniyyət və incəsənət, 2029-u idarəetmə, 4976-sı isə digər sahələrdə çalışır. Sevda Quliyeva muxtar respublikada qadınlara göstərilən diqqət və qayğıya görə partiyanın qadın üzvləri adından minnətdarlıq edib.Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirli çıxış edərək deyib: Yeni Azərbaycan Partiyasının keçdiyi yol ümummilli liderimiz Heydər Əliyevin bizə ərməğanı olan müstəqil Azərbaycanın müasir inkişaf tarixidir. Bu gün partiya sıralarında birləşən gənclərimiz ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkəmizin hərtərəfli inkişafına yönəlmiş quruculuq proqramlarının icrasında və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində səylə çalışır, dahi şəxsiyyətin ideyaları ətrafında milli birlik nümayiş etdirirlər. Muxtar respublikada görülən böyük quruculuq işləri, yaradılan dayanıqlı ictimai-siyasi sabitlik digər sahələrdə olduğu kimi, dövlət-gənclər siyasətinin də uğurla həyata keçirilməsinə imkan verir. Qazanılan bu uğurların fonunda həm də xatırlayırıq ki, ötən əsrin 90-cı illərində müstəqilliyimiz itirilmək, bununla bərabər gəncliyimiz də məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün biz məhvdən, uçurumdan yox, gələcəyə inamla addımlayan gənclər ordusundan danışırıq. Naxçıvan gəncləri qurur, yaradır, vətənimiz və xalqımızın işıqlı gələcəyi naminə səylə çalışaraq peşəkar mütəxəssislər kimi yetişir, həyata keçirilən müasirləşmə siyasətinə töhfə verən ictimai qüvvə kimi özünü göstərirlər. Yeni Azərbaycan Partiyası sıralarında birləşən muxtar respublika gənclərinin yolu birdir: Bu yol böyük yaradıcı gücə malik olan Heydər Əliyev yoludur!
Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Dünənin, bu günün və gələcəyin partiyası” adlı sənədli televiziya filminə baxıblar.
Baxış sayı: 463
Bölməyə aid digər xəbərlər
Dünən, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
Dünən, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
26-10-2026, 20:54
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
26-10-2026, 09:16
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır













