18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
Sözün keçdiyi yerlər- MƏMMƏD ARAZIN ANIM GÜNÜNƏ
Tarix: 05-12-2017 18:58 | Bölmə: Ədəbiyyat

Aydın QACAR
Torpağın üzü soyuq olur, - deyirlər, - söndürür emosiyaları, ovudur kədəri. Üstəgəl, 13 illik bir zaman!? Nə tez ötdü, nə tez gəldi-getdi bu illər...
Ancaq Məmməd Araz kədəri, onun poeziyasının büləndiyi kədər kimidi - duyğusal, nurlu, işıqlı! Özünün dediyi kimi - söz də, kədər də, elə “sözdü, qəhərdi, atdı, cilovdu, yəhərdi” və Məmməd Araz sözü bütün hallarda işıqdı, səhərdi.
Vəfatından sonra, Gülxanım müəllimənin (yoldaşının) bir etirafı məni çox mütəəssir etmişdi:
- Dörd divar arasında qalmaqdan bezirdi son vaxtlar... Adam içinə, çölə-bayıra çıxmaq istəyirdi,... özüm də xəstə idim. Həm də inanmazdım Məmməd belə tez gedə bilər əlimizdən.
Mexaniki olaraq:
- Bəs niyə demirdiz? Mən elə bilirdim gəl-get sizi də, onu da narahat edər...
Və tezcə də sönmüşdüm, bu artıq gecikmiş “qayğıkeşlik” idi.
lll
... Ətrafımda dop-dolu bir səssizlik, sükut yaratmaq istəyirəm. Təkcə ruhumdan, içimdən gələn səslər eşidilsin. Lap yağışla birgə çilənə, küləksiz havada ağappaq qar kimi ələnə də bilər bu səssizlik. Mən də bu sükut içində, çox yox, - bir ya iki Məmməd Araz şeirinin, sözünün keçdiyi yerlərdən keçim; Məmməd Araz poeziyası ilə nəfəs-nəfəsə, ürək-ürəyə qalım. Təsadüfi səhifəni açıb, sıradan ixtiyari iki şeirlə təmas qurum.
Əslində, hər hansı şeiri təkrar oxumağa ehtiyac da yoxdu, Məmməd Araz qələmindən çıxan nə varsa, çoxdan hopub yaddaşıma, canıma; səhifə açmaq təsadüfi seçim etmək üçündü.
Çox dərinə də getməyəcəyəm, tez-tez Məmməd Arazdan söz açmağıma bəzən ağız büzənlər, qısqanclıqla yanaşanlar da olur. Ancaq belə adamlar unudurlar: idealı olmayan insan özü cılızdı, eqoisdi. Bildirmək, yada salmaq istəyirəm: - bioloji sevgi bütün canlılarda olur, mənəvi sevgi isə yalnız insana məxsusdu.
Mənəvi dünyamı sözsüz, poeziyasız, ətəyinə, dizinə baş qoyduğum şeirlərsiz, təsəvvür edə bilmirəm.
Özümü tapdığım yazını, mətni, şeiri oxuyanda, öz ömrümü-günümü oxuyur, yaşadıqlarımı yenidən yaşayır, mənəvi rahatlıq tapıram.
Heç nə məni Söz qədər sərməst edə bilmir, bu sayaq bədii qənaətlərə çoxlarının şərik olduğuna da əminəm. Beləliklə:
YENƏ DƏ MƏMMƏD ARAZDAN!
Onu oxuyanda nəinki insanın, hətta daşın-torpağın, çölün-kövşənin də ağrısını, acısını duya, səsini eşidə bilirəm.
Onun sözləri hər bir oxucu ilə eyni soydan, eyni kökdən olur;
Onun sözlərinin, şeirlərinin canında, qanında deyilən, yazılan, görünən məqamlardan başqa görünməyən, ancaq insan ruhuna yaxın olan, sözün qançəkərliyimi deyim, ya nə deyim bilmirəm, - var ki, onu izah etmək olmur, - yalnız yaşamaq, duymaq olur.
“MƏMMƏD ARAZ QAYASI”, DEKABR 1986.
Eldə-obada daşa, qayaya ad vermək ənənəsi var: Gəlin qaya, Toğlu qaya, Ballı qaya, Çadırdaş, Qaval daş və sair. ...Bir gün Məmməd Araz çobanlardan məktub alır, yazırlar: - Kəlbəcərin “Sarıbulaq” dərəsindəki bir qayaya, sal daşa “Məmməd Araz kürsüsü” adı vermişik.
“Fərmanına, təltifinə alqış, ey çoban” - deyib kövrələn Məmməd Araz, xəyalən o qayanın, o çoban hədiyyəsinin görüşünə gedir:
Məmməd qaya, Qaya Məmməd
Xoş gördük sizi...
Olsa-olsa, mən olaram adi daş çapan:
Çopur qaya, Qara Məmməd,
Xoş gördük sizi!
Beləcə, özünəməxsus salamı, nidası, sözü ilə - daha bir vətən qayasına, vətən daşına əl çəkir, üz qoyur. Sən demə, günlərin birində özü də, üstünə - “Bu daş altda Məmməd Araz yaşayır” yazılmış, Vətən qayasına, Vətən daşına - dönəcəkmiş.
Hər zaman - “Şair qayalara, dağlara söykən” - deyən, dağlara güvənən şair, Məmməd Araz qayasına da üz tutub: - “İnsanlığım, daşlığıma söykən, qürrələn” deyir, daş dilində: “danış görüm, a daş qardaş” sorğusu ilə, o, lal qayanı da dindirir.
Sözün, fikrin zirvəsinə bax:
- Danış, görüm...
Eşidim yox ha!
Əslində bu oxucu yozumundan, fantaziyasından asılıdı, misranı adi formatda da başa düşmək olar, “görmək” mənasında da.
Şeirdə bu qatlar məni daha çox çəkir. Zövq alıram, bu qatlarda gəzişməkdən, açıqlama cəhdləri etməkdən. Ancaq qısa olsun deyə bu təfsirlərə keçməyəcəyəm. Sadəcə şeirin axarına dü
şüb, sözün keçdiyi yerlərdən keçmək, sözlə çəkilmiş təbiət mənzərələrinə tamaşa etmək, bəlkə də yüzüncü dəfə heyrətlənmək istəyirəm:
Bu görüşü göydən baxan qartal da duyur,
Qanadından lələk salır - təbərrük üçün.
Qabaq-qənşər qayalıqda kəklik oxuyur,
Var ol səni, xallı pəri, bu təbrik üçün.
Elə bil mənzərə filminə baxır, kəklik səsi eşidirik, deyilmi...
Sonra itən nitqinin, batan səsinin gileyi, şikayəti səslənir:
A dağ çayı, səs vermişdin səsindən mənə,
Bir yaz günü nəfəsimdən qapdılar onu.
Yumalayıb, tapdalayıb palçıq yerinə
Üzü bomboz divarlara yapdılar onu.
Bilən bilir, son anacan itirdiyi səsi gəzib Məmməd Araz, - əriyib səs, qeyb olub səs ürəyinin vulkanında...
1970-ci ilin o məşum günündən (ədalətsiz qərarla işindən uzaqlaşdırılıb tənqid, təqib olunması, xəstəlik tapmasından) neçə onilliklər ötsə də, - əfsus və əfsus!!! Hələ də “yuxarıdan aşağıya yağan daşları, aşağıdan yuxarıya qaytara” bilmirik! Hələ də tufan olub, külək olub “beyinlərdə, ürəklərdə daş yara” bilmirik! “Fərhad külək” necə yıxsın bu daşları Şair?..
Soruşursan:
- Qılıncımı bürmələyib, qalan səsimi
Şəhriyara pay yolladım, bilməm aldımı?
Nigaransan:
Şəhidlərin qəbri üstə yanan səsimi
Yanan qandı, duyan duydu...
Danan oldumu?”
Və beləcə,.. şair çiyninə yığılmış - “yerin-göyün ağır yığını” ilə şeirin sonuna, yaxınlaşırıq... Çoban hədiyyəsinə, sal daşa söylədiyi, son iki misra isə uvertüradı, daş himnidi, Məmməd Araz harayı, Məmməd Araz mənəmliyidi:
Mən duyuram sən olmağın ağırlığını,
Ey mən-qaya, mən olmaq da asan iş deyil...
Bəli, asan deyil Sən olmaq, Məmməd əmi! Heç sənsiz olmaq da asan deyil, bunu da bilirsənmi?...
Məmməd Araza nə var: daş ömrü də yaşadı, mamır, duman, şeh ömrü də; Quşla quş dilində danışdı, daşla daş dilində, şehlə duman-çən dilində. Biz neyləyək: haqsızlıq, çirkab içində itib batdığımız bu yalan dünyada?..
Yenə də dar ayaqda güvənc yerimiz Məmməd Araz sözü, Məmməd Araz şeiri olur. O, sənəti, sözü, şeiri ilə dünən də, bu gün də, hələ neçə-neçə onilliklər, yüzilliklər sonra da insanlara mənəvi sığınacaq, təskinlik yeri olacaq.
Haşiyə: Yersiz görünsə, bağışlayın! Bu son misraları mən kiçik improvizasiya və yumorla az qala hər gün işlədirəm. Dərs oxumaqdan bezən, tıncıxan nəvəmin də qulağına birinci misranı pıçıldayır, halına acıyıram; - Ev işlərinin çoxluğundan gileylənən xanıma da, - “mən bilirəm sən olmağın çətinliyini,” - deyib guya toxtaqlıq verir, ovudur, sonra da nümayişkaranə divana çöküb: “Ey mən qaya, mən olmaq da asan iş deyil” - söyləyib qıcıqlandırıram...
lll
Daha bir şeirin, - “Duman ömrü” (1967) şeirinin qanadlarında keçək sözün sarılıb keçdiyi yurd yerlərindən, vətən göylərindən:
Ölüm istəyirəm. Qəfil bir ölüm.
Bir kibrit ölümü. Barıt ölümü.
Bir anda bir ovuc dumana dönüm,
İstədiyim səmtə tutum yönümü.
Görüm, hər qonanda dağlar qaşına,
O dağdan, o çəndən necə yazmışam?!
Görüm, hər enəndə bulaq başına,
Çiçəkdən, çəməndən necə yazmışam?!
Görüm dumanlara qoşula bilmək,
Ayrılıb didərgin olmaq, necədir?!
İstəksiz dərədən daşına bilmək,
İstəksiz dərəyə dolmaq, necədir?!
Görüm bir necədir yerlərə hopub,
Vətən torpağının şehinə dönmək.
Kiçik bir qayanın döşündən qopub,
Böyük bir dünyanın mehinə dönmək...
Şeirin rəvan, sakit, canlı ruhu adamın öz ruhunu da çəkib aparır o aləmə. Sözün ağuşunda nə bu dünyadan xəbərin olur, nə də şeirin bitməsindən. Çünki şeir bitsə də xəyal, fikir qanad açıb uçur hələ göylərdə. O ucalıqda isə, sözün sehrindən çıxmaq çətin olur. Əlin - ayağın nərgiz, bənövşə ətirli o dərələrin şehində islanmayınca ayıla bilmirsən. Fikirləşirsən, təəccüblənirsən: doğrudan ha, duman öz istəyi ilə hərəkət etmirmiş ki! “İstəksiz dərədən daşına bilmək, istəksiz dərəyə dolmaq necədi”- qayğısına, intizarına, nigaranlığına heyran olursan!
Təbiətin - qasırğa əlindən, tufan əlindən qaçırıb - dumanı dərədə saxlamasını bilirdim, “Dərə” şeirindən. Hətta “Ürəyi dolanda təbiət hərdən, çəkilib gecələr ağlar burada” - sirrindən də hali idim. Ancaq duman istəyi ağlıma gəlməmişdi. Sözlə çəkilmiş bu təbiət lövhəsinə baxdıqca baxmaq istəyir adam.
Mən də Məmməd Araz kədərini, dağ döşünə yatmış ağappaq dumana bənzədirəm həmişə; bu duman dağı, dərəni tutsa da, bir güntutarlıq şeh qoyub, tez də çəkilib gedir, göylərə qalxıb bulud olur, bulaq olur, nur, işıq, yağış, qar olur; gözəl vətən şeiri, şeirin vəsf etdiyi vətən qayaları, vətən daşları olur. Dağları daha bir boy ucaldır, şairin özü ucalıqda, vətəni vəsf edən şeiri ucalıqda edir!
Musa Urudun iki misrası var:
Dağ var duman altındadı,
Dağ var dumandan ucadı!
Bu şeir tamamıilə başqa anlamda yazılsa da, mən öz yozumumda elə bilirəm, misralarda təsvir olunan hər iki dağ da, bu dağları tutan duman da elə Məmməd Arazdı.
Çox istədiyim bir uşaqlıq dostum var: Mirqadir. Naxçıvanda yaşayır, lirikadan kasaddı bir az, mən Məmməd Araz haqda həyəcanla söz açanda deyir:
- Ə, mınnan olsa, deyəcək, dünyada nə qədər dağ-daş var, hamısını Məmməd Araz tikib-qurub. Təpələri o düzüb bu Qabıllının üstünə... Ə, bəsdi daaa bə... Ta nə qədər Məmməd Araz olar?!
Mənsə ümidləri, gümanları bir-birinə calaya-calaya özümü inandırmağa çalışıram ki, şeirlərində, şeirləri keçən hər bir vətən nişanəsində, vətən rəmzində, çəkilib şeir yazdığı otaqda indi də Məmməd Araz ruhu dolaşır, yaşayır... Və nə qədər o şeirlər yaşayacaq, xatırlanacaqsa, Məmməd Araz da boy verib öz ucalığında duracaq.
Bəlkə də bunlar hamısı, özünü ovutmaq üçün yozulan yuxular, çəkilən ahlardı...
Nə bilim, vallah... Mənim üçün ən gözəl rəsm sözün, poeziyanın dili ilə yaradılan təbiət lövhələridi. Ruhu şad olsun Məmməd Arazın, Allah ömür versin Musa Yaquba, Ramiz Qusarçaylıya! Onlar sözlə təbiət lövhələri yaradıb, şəkil çəkiblər, oxucuya bu lövhələrdən, bu şeirlərdən mənəvi zövq almaq qalır təkcə.
Məmməd Araz, sözü sal qaya kimi necə oynadır, necə tərpədirsə, eləcə də söz başlayır adamı oynatmağa, tərpətməyə.
Deyirlər, hər bir şair ölümü, gedişi ilə dünyanın işığı bir az da azalır. Ancaq tam razılaşmaq olmur bu deyimlə. Cəmi ikicə şeirindən, görün, nə qədər işıq doldu, nur doldu qəlbimizə, dünyamıza... Və Məmməd Araz öz ömründən kəsərək yüzlərlə, belə şeirlər - işıqlar yandırıb dünyamız üçün.
Vəfatının 13-cü ildönümündə, daha bir anım günündə də ruhu şad olsun Məmməd əminin!
525.az
Baxış sayı: 1 573
Bölməyə aid digər xəbərlər
Tarix: 05-12-2017 18:58 | Bölmə: Ədəbiyyat
MƏMMƏD ARAZIN ANIM GÜNÜNƏ

şüb, sözün keçdiyi yerlərdən keçmək, sözlə çəkilmiş təbiət mənzərələrinə tamaşa etmək, bəlkə də yüzüncü dəfə heyrətlənmək istəyirəm: Bu görüşü göydən baxan qartal da duyur,

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK