Azərbaycanda yol polisindən gözəl addım: Sərin su, qısamüddətli istirahət...
Tarix: 24-08-2019 18:03 | Bölmə: Digər



Son günlər havaların isti keçməsi ilə əlaqədar yollarda baş verə biləcək hər hansı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının şəxsi heyəti sürücülər arasında təbliğat işlərinə başlayıb.
BAKU.WS
 “avtosfer.az”a istinadən xəbər verir ki, əsas məqsəd sürücülərin sükan arxasında yorğun və yuxulu olması səbəbindən baş verə biləcək qəzaların qarşısını almaqdır.
Bu məqsədlə bütün stasionar postlarında sürücülər üçün şərait yaradılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları Zarat postu ərazisində sürücülər üçün əl-üz yumaq, su içmək və qısamüddətli istirahət etmək üçün şərait yaradıb.
Minik, avtobus, mikroavtobus və yük maşınlarının sürücüləri stasionar postlarında saxlanılır, onların sənədləri yoxlanılır və sürücülərlə yanaşı sərnişinlərə də qısamüddətli istirahət etmək, su içmək və əl-üzünü yumaq təklif olunur.
Bununla da uzunmüddətli yola çıxan sürücülərin sükan arxasında yorğun olmasının qarşısı alınır ki, bu da yol qəzaların baş verməməsinə gətirib çıxarır.
Bir çox sürücü və sərnişinlər yol polisinin bu addımını alqışlayır və onlar üçün yaradılan şəraitdən istifadə edirlər.
Qeyd edək ki, bu cür tədbirlər bütün yay mövsümü boyu davam etdiriləcək. 
                          


Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər