Bütün xəbərlər
Silvestr Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə günahlandırılır
Tarix: 04-08-2019 12:06 | Bölmə: Digər

                               

Amerikalı aktyor Silvestr Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə günahlandırılır.
“Report” un məlumatına görə, bu barədə “Radar Onlayn” nəşri məlumat yayıb. Qeyd olunub ki, 73 yaşlı ulduzun ögey atası Stiven Levin Dövlət Tibbi Sığorta fondundan pul oğurlamaqda şübhəli bilinir.
Belə ki, Stiven Levin xəstələrin ev qayğısına ehtiyacı olduğunu göstərən müvafiq sənədlərə imza ataraq fondun vəsaitini mənimsəyib. Aparılan araşdırma nəticəsində məlum olub ki, əslində bu cür qayğıya ehtiyac yox imiş.
Xəstələr alınan pulların yarısını özlərinə götürüb, qalan hissəni isə Levinə veriblər. Stallonenin ögey atası 6 il azadlıqdan və həkim lisenziyasından məhrum ola bilər.


Baxış sayı: 505


Bölməyə aid digər xəbərlər