19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
Sumqayıt: təhsildə örnək şəhər
Tarix: 20-06-2019 17:30 | Bölmə: Sosial
Yüksək texnologiyalar əsri olan dünyamızda elm və təhsilin ən böyük sərvət olduğu, hər cür maddi zənginliyi qabaqladığı müasir yaşamın addımbaaddım təsdiqlədiyi gerçəkliklərdən biridir. Bu baxımdan sivil dünyanın ayrılmaz tərkib hissəsi olan ölkəmizdə elm və təhsilin inkişafının müstəsna əhəmiyyət kəsb etdiyi şübhəsizdir. Son illər ölkəmizin bu sahədəki inkişaf tempini, eləcə də elm və təhsilə yönəlik marağın stimullaşdırılmasının təmini baxımından atılan addımların miqyasını müəyyənləşdirmək üçün Sumqayıt nümunəsinə nəzər salmaq kifayətdir.
Intellekti ilə hər kəsə meydan oxuyan “titanlar şəhəri”…

53 təhsil müəssisəsinə malik olan Sumqayıtın təhsil göstəriciləri hər zaman yüksək olsa da, son illərin statistikası bu sahədə yeni keyfiyyət və kəmiyyət artımının baş verdiyi təsdiqləməkdədir. Məlumat üçün qeyd edək ki, 2018-ci ilin statistikası göstərir ki, ötən il Sumqayıt şəhərindən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 77%-i məqsədlərinə çatıb, respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunub. Bundan başqa, Sumqayıt abituriyentlərindən 211 nəfər 600-dən artıq bal toplayıb ki, bu da digər şəhər və rayonların birgə nəticəsindən üstündür. Daha 2 abituriyent isə 700 bal toplamaqla rekord nəticəyə imza atıb. Onu da qeyd edək ki, bu il IV qrup üzrə Dövlət İmtahan Mərkəzi tərəindən keçirilən imtahanda da ən yüksək nəticəni Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin yetirməsi olan Məhəmməd Ağamalıyev göstərib. Belə ki, sumqayıtlı abituriyent 694 bal toplamaqla qrup üzrə rekord göstərici müəyyənləşdirib.
Sumqayıt məktəbliləri müxtəlif olimpiada və müsabiqələrdə də aktiv iştirak etməkdə, yüksək nəticələr göstərməkdədir. 2017-ci ildə Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsinə Sumqayıt şəhərindən 231 şagird yüksəlmişdisə, 2018-ci ildə bu göstərici 299, 2019-cu ildə isə 354 nəfər olub. 23 Sumqayıt məktəblisi isə müxtəlif fənlər üzrə Respublika Fənn Olimpiadasının qalibi adını qazanıb.
Elm və təhsilin ən böyük sərvət olduğunu nəzərə alsaq, o zaman Sumqayıtı bu mənada ölkəmizin ən varlı şəhəri hesab etmək mümkündür.
Uğurun arxasındakı sirr: Təhsil ocaqlarına qayğı, dəmir intizam, təhlil və stimullaşdırma siyasəti…

Sumqayıt təhsil sisteminin əldə etdiyi uğurların təhlili bu nailiyyətlərin arxasında bri sıra məqamların dayandığını göstərir. Bu məqamlardan biri təhsil müəssisələrinə ölkə başçısı, Təhsil Nazirliyi və eləcə də Sumqayıt Şəhər İcra Hakimiyyəti səviyyəsində mütəmadi diqət və qayğının göstərilməsi ilə bağlıdır. Qeyd edək ki, Sumqayıtdakı məktəblərin hamısında dam örtüklərinin yenilənməsi, istilik sistemlərinin müasir tələblər səviyyəsində qurulması təmin edilib. Maddi-texniki problemlərin qəti həlli ilə bağlı konkret addımlar atılıb. Təmirə ehtiyacı olan məktəblərdə gərəkli abadlıq işləri aparılıb. Hazırda qəzalı vəziyyətdə olan 9 nömrəli məktəb üçün şəhərin İnşaatçılar qəsəbəsində yeni məktəb inşa edilməkdədir.
Məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi məqsədi ilə Sumqayıt Təhsil Şöbəsi tərəfindən məktəblərə ciddi nəzarət edilməkdə, gərəkli tövsiyyə və tapşırıqlar verilməkdədir. Təlim-tədris göstəricilərini yüksəltmək üçün şagird və müəllimlərin stimullaşdırılması, motivasiya edilməsinə xüsusi diqqət yetirən Sumqayıt Təhsil Şöbəsi, imtahanların və olimpiadaların nəticəsi üzrə mütəmadi təhlillər aparmaqda, əlaqədar təhsil müəssiərləini bu təhlillərin nəticəsi ilə tanış etməkdədir.
Ramin Abasov: “Apardığımız təhlillər uğur və uğursuzluqlarımızın səbəblərini müəyyən etməkdə kömək edir”

Sumqayıt Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Abasov saytımıza açıqlamasında imtahan və müsabiqələrin nəticələri ilə bağlı il boyu aparılan təhlillərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Sumqayıt Şəhər Təhsil Şöbəsi olaraq şəhərdəki təhsil müəssisələrində təlim və tədrisin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin təhsilə marağının artırılmasında, onların imtahan və müsabiqələrdə daha yaxşı nəticələr göstərməsində maraqlıyıq və bizim bütün fəaliyyətimiz məhz buna yönəlib. Odur ki, bu sahədə vəziyyəti mütəmadi surətdə yaxşılaşdırmaq üçün bütün imtahanların, müsabiqə və olimpidaların nəticələri tərəfimizdən təhlil edilir, buna uyğun olaraq məktəb və siniflərin reytinqi müəyyənləşdirilir. Biz bu təhlillər vasitəsi ilə hansı məktəb və siniflərin daha yüksək, hansılarının isə daha aşağı nəticə göstərdiyini müəyyən edir, hər iki nəticəni doğuran səbəbləri müəyyənləşdirir, bununla bağlı həmin məktəbləri məlumatlandırırıq. Hətta bəzən olur ki, hər hansı bir sinif imtahanda bir fənnən yüksək, digər fənnən isə aşağı nəticə göstərir. Eyni sinfin müxtəlif fənlər üzrə fərqli nəticələr ortaya qoyması onu göstərir ki, həmin sininfdə bu fənlər üzrə dərs deyən müəllimlər öz işlərinə bu nəticəyə uyğun şəkildə məsuliyyət sərgiləyib. Hansı müəllim ki, öz işinə daha vicdanla və daha məsuliyyətlə yanaşır, onun dərs dediyi şagirdlər daha yüksək nəticə sərgiləyir”.
“Sağlam rəqabət mühitinin formalaşması təhsilin inkişafına təkan verir”
Reytinq cədvəllərinin müəyyənləşdirilməsinin sağlam rəqabət mühitinin formalaşmasına şərait yaratdığını vurğulayan R.Abasov, yüksək göstəriciləri ilə diqqət çəkən məktəb və şagirdlərin təltif edildiyini də qeyd etdi: “Məktəb və siniflərin reytinq cədvəlinin müəyyənləşməsi şəhərdəki təhsil müəssisələri arasında sağlam rəqabət mühitinin formalaşmasına da stimul verir. Bundan başqa, buraxılış imtahanlarında, respublika müsabiqələrində fərqlənən şagird və məktəblər fərxri fərmanlar və təşəkkürnamələrlə təltif edilir. Respublika müsabiqələrində fərqlənən şagirdlərin təltif edilməsi Təhsil Nazirliyi səviyyəsində həyata keçirilir. Qəbul və buraxılış imtahanlarında yüksək nəticələr göstərən şagirdlər isə Sumqayıt Şəhər Təhsil Şöbəsi tərəfindən təltif olunur. Bu cür təltiflər, həvəsləndirmələr digər şagirdlər üçün də stimula çevrilir”.
Universitet və orta məktəb əl-ələ: “Sifarişli gələcəyə” birgə hazırlıq…

Gələcəyin hər kəs üçün qeyri-müəyyən və qaranlıq olduğu, bu səbəbdən də çox zaman narahatlıq doğurduğu kimsəyə sirr deyil. Lakin elm və təhsil yeganə amildir ki, bu qaranlıq və naməlum gələcəyə işıq saçır, “zaman çarxının” arzu və gözləntilərə uyğun şəkildə dövr etməsinə kömək edir. Başqa sözlə desək, istənilən cəmiyyətdə təhsilin inkişafı, elmə yüksək səviyyədə diqqət və qayğının göstərilməsi həmin xalqın və ölkənin gələcək rifahını sığortalayır, onun inkişafını bəribaşdan təmin edir. Bu baxımdan ölkəmizdə, eləcə də onun ən böyük şəhərlərindən biri olan Sumqayıtda elm və təhsilə göstərilən qayğının səviyyəsi bu baxımdan həqiqətən də sevindiricidir.
Sumqayıtda elm və təhsil mühitinin optimallıq göstəricilərindən biri də şəhərdəki təhsil müəssisələri arasında sıx və yaradıcı əlaqənin mövcudluğudur. Sumqayıt Dövlət Universiteti müxtəlif olimpiada və müsabiqələrə şagridlərin hazırlanması məsələsində yaxından iştirak edir. Sumqayıt Dövlət Universiteti ilə orta məktəblər arasında olduqca faydalı əməkdaşlıq mövcuddur. Adıçəkilən universitet “Sabahın alimləri” respublika müsabiqəsinə şagirdlərimizin daha yüksək səviyyədə hazırlanmasına kömək edir. Hansı ki, həmin müsabiqədə də Sumqayıt şagirdləri təqdiredici nəticələr göstərməkdədir. Müsabiqənin final mərhələsinə yüksələn və münsiflər tərəfindən mükafata layiq görülən 50 layihənin 9-u Sumqayıtın payına düşür.
Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar olaraq “Sumqayıtın tarixi və bu günü məktəblilərin gözü ilə” elmi-praktik konfrans təşkil edilib, şəhərin tarixi və bu günü ilə bağlı 16 mövzuda müsabiqə keçirilib. Hansı ki, müsabiqədə fərqlənən yazıların kitab kimi çapı nəzrədə tutulub ki, bu da Sumqayıt Şəhər Təhsil Şöbəsinin, Sumqayıt məktəblilərinin şəhərin 70 illik yubileyinə bir hədiyyəsi olacaq.
“Sumqayıt təcrübəsinin digər şəhərlərdə də yayılmasına ehtiyac var”
Sumqayıtda elm və təhsilə göstərilən diqqətin daha bir nümunsi isə Sumqayıt Dövlət Universitetinin əlaçı tələbələrinin icra başçısının təşəbbüsü ilə “Bələdiyyə” təqaüdü ilə təmin edilməsi ilə bağlıdır. Bu təşəbbüsü dəstəkləyən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu təcrübənin respublikanın digər bölgələrində yayılmasının vacib olduğunu fikrindədir: “Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetinin əlaçı tələbələrinə təqaüdün veriləcəyi xəbərini yalnız alqışlamaq olar. Hesab edirik ki, bu, həm də digər tələbələrin təhsil səviyyəsini yüksəltməyə stimul verə bilər. Çünki bu yolla tələbələrin sosial vəziyyəti də yaxşılaşa bilər. Bu təşəbbüsün geniş yayılması arzuedilən olar. Hər halda bu addım gəncliyə qayğıdır. Bəllidir ki, yaxşı oxuyan tələbələrin əksəriyyəti imkansızdırlar. Onlar həm də müxtəlif sahələrdə işləyirlər. Bu da dərs keyfiyyətinə mənfi təsir göstərir. Bu mənada bu təşəbbüsü bəyənirik!!!”
Sumqayitxeber.com
Baxış sayı: 937
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar