Bütün xəbərlər
Sirk ifaçısı 25 dəqiqədən çox özünü saçından asıb və yeni rekorda imza atıb
Tarix: 14-05-2025 21:52 | Bölmə: Digər

Amerikadan olan sirk ifaçısı 25 dəqiqədən çox özünü saçından asıb və  yeni rekorda imza atıb 

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
Rekordun müəllifi 39 yaşlı Leyla Noon olub. Dostlarının ifa etdiyi gitaranın müşayiəti ilə Kaliforniyanın Redwood Milli Parkında qadın 25 dəqiqə 11,3 saniyə saçlarından asılıb. Bu müddət ərzində o, havada bir neçə poza alıb.
Bəyanatda deyilir: "Leyla bu sınaqdan keçməzdən əvvəl iki il məşq etdi".
Amerikalının sözlərinə görə, o, ağıl gücü olan insanların nəyə qadir olduğunu sübut etmək istəyib.






Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər