Bütün xəbərlər
NYT: Trampın ailəsi tək başına prezidentliyin ilk ayında 2 milyard dollar qazanıb
Tarix: 14-05-2025 22:39 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Trampın ailəsinin təkcə prezidentlik müddətinin ilk ayında gəliri ən azı 2 milyard dollar təşkil edib.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Jurnalistlər maliyyə sənədlərini araşdırıb və mövzuya yaxın mənbələrlə danışıblar. Nəşr öyrənib ki, Trampın idarəçiliyini rəsmi olaraq oğullarına həvalə etdiyi biznes imperiyasına son investisiyalar kriptovalyuta layihələri, daşınmaz əmlak və klub təşəbbüsləri ilə bağlıdır.
NYT-nin məlumatına görə, BƏƏ Erik Tramp və kiçik Donald Trampın yüksək vəzifələrdə olduğu World Liberty Financial kripto layihəsinə 2 milyard dollar sərmayə qoyub. TRUMP kriptovalyutasının bazara çıxarılması da ailəyə ən azı 174 milyon dollar qazandırıb.
Mənbələr jurnalistlərə daşınmaz əmlak əməliyyatları barədə məlumat verib. Belə ki, Səudiyyə Ərəbistanından bir şirkət Dubaydakı “Trump International Hotel and Tower”ə 1 milyard dollar sərmayə qoyub. Yaxın Şərq firmasının ölkənin ən yüksək rütbəli şəxsləri ilə sıx əlaqələri olduğu deyilir.
Trampın kürəkəni Cared Kuşnerin Serbiyada bağladığı müqavilədən də məlumdur. Planlara görə, keçmiş Yuqoslaviya Müdafiə Nazirliyinin binasının yerində otel tikiləcək, layihə 1 milyard dollar dəyərində qiymətləndirilir.
Daha əvvəl “Politico” xəbər vermişdi ki, kiçik Donald Tramp üzvləri Ağ Evlə əlaqələri olan qapalı investisiya klubu yaratmaq niyyətindədir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər