Bütün xəbərlər
Tramp mayın 16-da hara uçacağını dəqiq bilmir
Tarix: 15-05-2025 22:25 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp bildirib ki, mayın 16-sı cümə günü üçün planları qeyri-müəyyən olaraq qalır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu gün İstanbulda Rusiya-Ukrayna danışıqları başlaya bilər.
“Biz sabah yola düşürük, istiqamət praktiki olaraq məlum deyil”, o, jurnalistlərə açıqlamasında qeyd edib. "Biz burada ola bilərdik, ya da orada ola bilərdik. Amma çox güman ki, sabah Vaşinqtona qayıdacağıq". Bundan əvvəl Tramp danışıqlarda iştirak edəcəyini istisna etməyib.
Cümə axşamı Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, yalnız Trampla Rusiya prezidenti Vladimir Putinin şəxsi görüşü Ukraynadakı münaqişənin həllində irəliləyişin açarı ola bilər. Lakin belə bir görüşün vaxtı hələ müəyyən edilməyib.
“Bizim bu məsələdə irəliləyişə nail ola biləcəyimiz yeganə yol prezident Trampın prezident Putinlə üz-üzə görüşməsidir”, - Rubio bildirib. Onun sözlərinə görə, görüşün vaxtı və yeri ilə bağlı qərar yalnız Trampdan asılıdır.
Bundan əvvəl Rubionun xüsusi elçi Steven Witkoff ilə birlikdə danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gedəcəyi bildirilirdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər