Bütün xəbərlər
"Dəmirbank"da qorunan əmanətlər üzrə kompensasiya “Kapitalbank”da veriləcək
Tarix: 29-12-2017 16:05 | Bölmə: Sosial


Kompensasiyaların verilməsinə fevralın 1-dən “Kapitalbank”ın filial şəbəkəsi vasitəsilə başlanılacaq

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.
“Report” bu barədə Fonda istinadən xəbər verir.
Qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə 1 fevral 2018-ci il tarixindən “Kapitalbank”ın filial şəbəkəsi vasitəsilə başlanılacaq. 
ADIF bir daha əmanətçilərin nəzərinə çatdırır ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.
Xatırladaq ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən, ADIF-in Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, “Dəmirbank”da sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.



Baxış sayı: 797


Bölməyə aid digər xəbərlər