Bütün xəbərlər
Vətəndaşlar ev və mənzillərə dair çıxarışı elektron üsulla əldə edə bilərlər
Tarix: 28-12-2017 18:01 | Bölmə: Sosial

Dekabrın 28-dən etibarən Azərbaycanda daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın elektron üsulla əldə edilməsi proseduruna başlanılıb.
AZƏRTAC xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası bununla bağlı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın ipotekasının əlavə dövlət qeydiyyatı və sonrakı ipotekanın dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişikliklər edib.
Qərar dekabrın 28-dən qüvvəyə minir. Vətəndaşlar elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilən sənədləri elektron üsulla əldə edə biləcəklər.





Baxış sayı: 819


Bölməyə aid digər xəbərlər