Bütün xəbərlər
“Ölkəmizi tanıyaq” layihəsi-Sumqayıt komandası birinci yerə çıxıb
Tarix: 16-11-2017 09:08 | Bölmə: Sosial


“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Sumqayıt məktəblərinin hərəsindən bir uşaq olmaqla bir avtobus uşaq səyahətə gedib. Onlar Gəncə və Gəncə ətrafı rayonlarda görməli, gəzməli yerlərdə olublar, tarixi abidələri ziyarət ediblər. Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdən verilən məlumata görə yekunda Azərbaycan İntellektual Klublar Assosiasiyasının “Ölkəmizi tanıyaq” tədbiri olub.Sumqayıtın beş komandası ilə birlikdə Lənkəran, Lerik məktəblərinin komandaları da bu tədbirdə iştirak ediblər. Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin məktəbin 11ç sinif şagirdi Ayşən Orucovanın başçılıq etdiyi komanda birinci yerə, Sumqayıtın digər komandası üçüncü yerə çıxıb. İkinci yeri isə Lənkəran komandası tutub. Komandalar sertifikat və medallarla təltif olunublar.
                                             Günel Məmmədli
                                             Sabaha-inamla.az


Baxış sayı: 1 275


Bölməyə aid digər xəbərlər