Bütün xəbərlər
Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-7" təyyarəsi Qəzzaya humanitar yardım yükü ilə havaya qalxıb
Tarix: 17-01-2024 09:58 | Bölmə: Sosial

Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi humanitar yardımla El-Ariş hava limanına uçub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yük Qəzza sakinləri üçün nəzərdə tutulub.
Nazirlikdən verilən məlumata görə, yükün çəkisi 30 tondur. Buraya yemək, geyim, ədyal və şəxsi gigiyena vasitələri daxildir.Humanitar yardım Başqırdıstan hakimiyyətinin təşəbbüsü ilə toplanıb.
Yük Misirə çatdırılacaq və Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təhvil veriləcək. Bundan sonra humanitar yardım Qəzza zolağına göndəriləcək.
Fövqəladə Hallar Nazirliyi aydınlaşdırıb ki, humanitar missiya başlayandan indiyədək 18 reyslə Qəzza sakinlərinə 420 tona yaxın humanitar yük çatdırılıb.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər