Bütün xəbərlər
Beşqat Olimpiya cüdo çempionu Teddi Riner Fransa prezidentliyinə namizədliyini irəli sürür
Tarix: 09-11-2026 18:40 | Bölmə: Dünya


 Dünyanın ən çox mükafatlandırılan cüdoçusu Teddi Riner Fransa prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı cüdoçu bunu "Le Parisien" qəzetinə verdiyi müsahibədə açıqlayıb.
"Mən Fransanı dirçəldib-dirçəltmək üçün namizədliyimi irəli sürürəm".
Riner deyib.
İdmançının sözlərinə görə, onun seçkilərdəki məqsədi "fransızları birləşdirmək, siyasi fikir ayrılıqlarını və partiya ziddiyyətlərini aradan qaldırmaqdır". Rinerin seçki şüarı "İstədiyimiz Fransa"dır.
Fransada prezident seçkiləri 2027-ci ilin aprel ayında keçiriləcək.
Riner cüdo üzrə beşqat Olimpiya və 12 qat dünya çempionudur. O, açıq çəki dərəcəsində (100 kq-dan yuxarı) yarışır.Riner əvvəllər bildirmişdi ki, onun altıncı Olimpiya Oyunları olacaq 2028-ci il Los-Anceles Olimpiya Oyunlarında iştirak etmək ehtimalını istisna etmir.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər
5-11-2026, 17:43 Bir qız tabutda oyandı