Bütün xəbərlər
Hücumdan əvvəl ailəsini və ev heyvanlarını öldürüb
Tarix: 09-11-2026 17:59 | Bölmə: Cəmiyyət


Bu yaxınlarda Polşanın Krakov şəhərində küçədə atəş açan 24 yaşlı kişi əvvəllər valideynlərini və bacısını, eləcə də onların ev heyvanlarını öldürmüşdü. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı "Wirtualna Polska" portalına istinadən Polşa prokurorluğunun mətbuat katibi Pşemyslav Novak verib.
"Krakovda atışma 7 noyabrda baş verib.Hücumçu yoldan keçənlərə atəş açaraq iki əcnəbi də daxil olmaqla altı nəfəri öldürüb. Bir rus qadın da daxil olmaqla daha 15 nəfər yaralanıb.Atıcı həbs zamanı yaralanıb və xəstəxanada ölüb.
Valideynlərinin və bacısının cəsədləri cinayətkarın mənzilində tapılıb. Müstəntiqlər onun ailəni 7 noyabr gecəsi və ya həmin günün səhəri öldürdüyünə inanırlar.
Bu insanların hər biri başından aldığı iki güllə yarasından ölüb".
NOVAK XƏBƏRDARLIQ EDİB.
O, hücumçunun iki ev pişiyini də öldürdüyünü dəqiqləşdirib.




Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib