Bütün xəbərlər
Lavrov: "BƏƏ-də Rusiya və Ukraynanın təhlükəsizliyi gündəmdədir"
Tarix: 09-11-2026 18:37 | Bölmə: Karusel


 "Rusiya və Ukrayna arasındakı təhlükəsizlik məsələləri Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların ilk mövzusu olacaq". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu Perulu həmkarı Karlos España ilə danışıqlardan sonra jurnalistlərə açıqladı.
"Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio təhlükəsizlik zəmanətləri mövzusunun BƏƏ-də Ukrayna danışıqlarının mərkəzində olacağını qeyd etmişdi.
Əbu-Dabi danışıqlarının gündəliyinə Rusiya, Ukrayna və bütövlükdə region üçün təhlükəsizlik məsələləri prioritet kimi daxildir".
NAZİR DEDİ.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Moskvanın bu yanaşmanı alqışladığını vurğuladı.
Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-də keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.




Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər