19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
“Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər” - Neyrocərrah Fəzail Kərimov
Tarix: 23-10-2023 10:14 | Bölmə: Sosial
Neyrocərrah Uzm.Dr. Fəzail Kərimov. 2014-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi və profilaktika” fakültəsindən məzun olaraq həmin ildən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-rezident olaraq fəaliyyətə başlayıb. 2018-ci ildə Türkiyə Cumhuriyyətinin “Tibbdə Uzmanlığa qəbul” imtahanını uğurla verərək, “İstanbul Eğitim və Araştırma Xəstəxanasının Beyin və Sinir Cərrahiyyəsi şöbəsində uzmanlıq təhsilinə başlayıb.
2023-cü ildə uzmanlıq təhsilini bitirmə imtahanını uğurla verərək Beyin və Sinir Cərrahiyyəsi uzmanı adını alıb. Vətənə dönərək Caspian International Hospitalda fəaliyyətə başlayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən Fəzail Kərimovla müsahibəni təqdim edir:
- Fəzail həkim, vətənə xoş gəlmisiniz. Bizdə əvvəllər, adətən, xaricə gedən həkimlər müzakirə mövzusu olurdu, son günlər isə xaricdə işləmək imkanı olduğu halda, vətənə dönməyi üstün tutan həkimlərimiz müzakirə edilir. Qardaş ölkədə qalıb işləmək imkanınız olduğu halda, ölkəyə dönmək qərarını vermək çətin olmadı ki?
- Doğrudur, hal-hazırda Türkiyədə uzmanlıq təhsili alıb orada işləmək maddi cəhətdən daha sərfəlidir. Daha çox pasiyent kütləsinə sahib ola bilərsən. Qısa zaman ərzində istər cəmiyyətdə tanınma, istər maddi baxımdan daha üst səviyyələrə çıxmaq mümkündür. Mənim xaricə təhsil üçün gedişimi planladığım zamanlardan bəri, məqsədim uzmanlıq təhsilimi tamamlayıb, uzman həkim kimi vətənimə dönmək, xalqımıza xidmət etmək idi. Burada insana yol göstərən əsas faktor qarşındakı məqsəddir. Hazırda səhiyyəmiz çox irəliləyib. Bir çox xəstəxanamızda dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan tibbi cihazlar var. Dünya səviyyəsində icra olunan çox əməliyyatlar Azərbaycanda da icra olunur. Təbii ki, bunlara çox sevinirik. Xalqımıza faydalı olmaq məqsədilə gəldim və bunu bacaracağıma inanıram.
- Peşənizin adındakı “cərrah” hissəsi seçdiyiniz sahənin çətinliyindən xəbər verməklə yanaşı, pasiyentlərlə bağlı da bəzi ön problemlər yarada bilir. Hamı düşünür ki, neyrocərraha getdimsə, mütləq əməliyyat olunmalıyam, odur ki, gəlməkdən çəkinir. Bəs əslində necədir? Konkret desək, bir neyrocərrah kimi, neyrocərrahi patalogiyalarda müalicə yolları varmı? Yoxsa, elə bütün xəstələr əməliyyat olunmalıdır?
- Çox təəsüf hissi ilə demək istəyirəm ki, cəmiyyətdə bu fikir formalaşıb, cərraha getdimsə mütləq əməliyyat tövsiyyə edəcək. Bunun da əsl səbəbi biz cərrahlarla bağlıdır. Əməliyyata göstəriş olmadan nəyinsə xatirinə əməliyyat olunan xəstələr, təbii ki, fayda görmədikcə inamsızlıq yaranır. Müasir zamanda demək olar ki, neyrocərrahi patalogiyaların çox böyük hissəsi müalicə olunandır. Hal-hazırda müalicə olunmayan problem yox deyiləcək qədər azdır. Elm və texnologiyanın bu qədər irəlilədiyi 21-ci əsrdə, yaxın zamanda müalicə olunmayan bir xəstəlik qalmayacağını düşünürəm.
- Fəzail həkim, neyrocərrahi patalogiyaların yaranması üçün müəyyən bir yaş senzi varmı? Deyə bilirikmi ki, bu şişlər, bu ağrılar müəyyən yaşdan sonra olur?

Ətraflı
- Hər hansısa xəstəliyin bu yaşda yaranacağı ilə bağlı dəqiq məlumat verə bilməsək də, hər xəstəliyə aid daha çox rastlanan yaş aralıqları söyləmək olar. Məsələn “meningiom” adlandırdığımız xoşxassəli beyin şişləri bütün yaş qruplarında görülə bildiyi kimi, 50-70 yaş arası insanlarda daha çox görülür. Bel yırtığı daha çox gənc yaşdakı insanlarda görülərkən, bel kanal (onurğa) daralmasına daha çox yaşlı insanlarda rast gəlinir. Təbii ki, bu misalları bir çox xəstəliklər üçün çəkmək mümkündür.
- Doktor, inkişaf edərək ağır nəticələr gələ biləcək xəstəliklər üçün adətən “erkən diaqnoz can qurtarır” deyilir. Ağrı və narahatlıq verməyən neyroloji patologiyalarda erkən diaqnoz necə mümkündür? Məsələn, ilkin yaranma dövründə ağrı və narahatlıq verməyən beyin şişlərini adamlar hansı əlamətlərlə anlaya bilərlər?
- Erkən diaqnozla bağlı deyilənlərə birmənalı olaraq qatılıram. Bu, artıq aksiomdur. Erkən diaqnoz xəstəliyin irəliləyib daha pis nəticələrə və ya ağırlaşmalara gətirənə qədər müalicə olunmasına səbəb olur. Çox təəsüf edirəm ki, “check up” dediyimiz müəyyən yaşdan sonra edilən müayinələr ölkəmizdə geniş yayılmayıb. Bəzən şikayət verməyən meningiom (xoşxassəli beyin şişi) xəstələrinə də rast gəlirik. Mənim “uzmanlıq tezisim” olan “Meningiomlu hastalarda klinik, radyolojik, patolojik takip və tedavi sonuçları” mövzulu araşdırmamda 107 xəstədən ikisində heç bir şikayət olmamış, avtomobil qəzası ilə əlaqədar çəkilən beyin tamoqrafiyasında şiş olduğu aşkarlanmışdı. Əgər xəstəyə şikayət vermirsə, bunun aşkarlanması başqa bir səbəblə çəkilən, MRT, KT zamanı ortaya çıxa və ya “Check up” müayinə zamanı aşkarlana bilər.
- Ölkəmizdə ən çox yayqın olan bel-onurğa ağrılarının qədimdən bəri yüzlərlə “türkəçarə üsulları” ilə müalicə yolları olduğu deyilib. “Belə qır qoyulması”, “yaxma yaxılması”, “hansısa qurğuya bağlayaraq dartma”, “çarmıxdan asma” və s. kimi yollarla adamları sağaltdığını iddia edən “ara həkimləri” hələ də var və məsələnin maraqlı tərəfi budur ki, bu yolla sağaldığını iddia edənlər də az deyil. Hər zaman müzakirə olunan bu mövzuya sizin münasibətiniz necədir?
- Təəssüf hissi ilə söyləmək lazımdır ki, bu prosedurları görən “həkimlər” vardır. Əslində bunlar fizioterapiya prosedurlarıdır və həkim-fizioterapevt tərəfindən məsləhət görülüb, tətbiq edilməlidir. Bu prosedur heç bir tibbi təhsili olmayan şəxslər tərəfindən edilərsə, daha da pis nəticələrə gətirib çıxara bilər (boyun fəqərələri, bel fəqərələrinin sınması kimi). Mən hər zaman tibb elminin təsdiq etmədiyi, özülündə elm durmayan bu prosedurlara və tibbi təhsili olmadan həkimlik iddiasında olanlara qarşı olmuşam. Xəstəliyin çarəsi yalnız və yalnız elm yolu ilə mümkündür.
- Əməliyyat olunan beyin şişlərinin yenidən yaranma ehtimalı varmı? Əgər varsa, bundan qorunma yolları kimi nələri məsləhət görərdiniz?
- Beyin şişlərinin təkrar yaranma ehtimalı az da olsa var. Amma bu hal bir çox faktordan asılıdır. Burada şiş toxumasının patohistoloji nəticəsi, şişin tamamilə xaric edilməsi, əməliyyatdan sonrakı zamanda həkimin tövsiyələrinə əməl edilməsi kimi amillər rol alır. Xoşxassəli şişlər tam olaraq çıxarılarsa, bir qayda olaraq yenidən yaranmır. Bədxassəli şişlərdə, təəsüf ki, bunu demək çətindir. Əməliyyatdan sonrakı zamanda həkimin tövsiyələrinə birəbir əməl olunması, kontrol müayinələr üçün bildirilən vaxtda müraciət edilməsi şişin təkrarlanma ehtimalını azaltdığı kimi, əgər təkrar yaranma varsa erkən zamanda aşkarlanması baxımından çox vacibdir.
- Ağır neyrocərrahi əməliyyatlarda təkcə cərrahın pəşakar olması bəs etmir. Saatlarla sürən əməliyyatlar üçün peşəkar anestezioloq, yaxşı komanda, baş verə biləcək komplikasiyaya qarşı dərhal müdaxilə edilməsi və əməliyyat sonrası çox ciddi reanimasiya şərtlərinin də lazım olduğu sirr deyil. Klinikanızda ağır neyrocərrahiyyə əməliyyatlarını etmək üçün bütün bu şərtlər sizi qane edirmi?
- Cərrahiyyə bir komanda işidir. Bu komandada həkim-cərrahdan ən kiçik tibb işçisinə qədər hər kəs, bir zəncir şəklində fəaliyyət göstərməlidir. Bu zəncirdə hər hansı bir həlqənin qırılması tamlığın pozulmasına səbəb olacaq. Özəlliklə də neyrocərrahiyyə sahəsində bu məsələ daha ciddidir. Çünki saatlarla davam edən cərrahi əməliyyatdan sonra xəstələrimiz reanimasiyaya köçürülür. Əməliyyat sonrası dönəmdə reanimasiyada, onun sonrasında stasionarda təqib də əməliyyat qədər önəmlidir. Sevinərək qeyd etmək istəyirəm ki, hazırda “Caspian International Hospital”da neyrocərrahi əməliyyatların icrası və əməliyyat sonrası müddətdə təqibi üçün zəruri olan hər cür şərait mövcuddur.

Baxış sayı: 625
Bölməyə aid digər xəbərlər

10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
30-08-2026, 17:57
SSRİ Hərbi Dəniz Qüvvələrinin son naziri vəfat edib
30-08-2026, 17:51
Peskov yeni Volqa alacağını etiraf etdi
30-08-2026, 17:10
Moskvanın mərkəzinə yağış yağacaq
27-08-2026, 20:16
Turist dağlarda azıb
27-08-2026, 20:02
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
27-08-2026, 18:34
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
27-08-2026, 18:07
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
27-08-2026, 13:19
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
26-08-2026, 19:16
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
26-08-2026, 18:00
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
26-08-2026, 17:20
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
26-08-2026, 17:10
Qaynaq sexində yanğın baş verib
26-08-2026, 09:43
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
25-08-2026, 19:59
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
25-08-2026, 19:31
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
24-08-2026, 17:39
Kotlet və mantılarda salmonella aşkar edilib
23-08-2026, 19:04
Bir turist Vyetnamda duş qəbul edərkən göbələk infeksiyasına yoluxub
23-08-2026, 18:44
Direktor araba sürərkən hündürlükdən yıxılıb
22-08-2026, 16:54
Könül Nurullayeva vətəndaşlarla görüşüb
22-08-2026, 16:28
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının xaricə getdiyi ortaya çıxdı
22-08-2026, 16:23
Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar
20-08-2026, 19:49
Prokurorluq Təhsil Şöbəsinin müdirinin işdən çıxarılması ilə bağlı qərar qəbul edib
19-08-2026, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib