Bütün xəbərlər
Azərbaycanda sosial kartlar ləğv olunacaq
Tarix: 29-01-2021 18:26 | Bölmə: Sosial

Azərbaycanda sosial kartlar ləğv olunacaq






Azərbaycanda sosial kartlar ləğv olunacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
M.Abbasbəyli deyib ki, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilib. Onun sözlərinə görə, Agentliyin elektron sistemlərində də müvafiq uyğunlaşdırmalar artıq təmin olunub və qurum bu prosesə tam hazırdır:
“Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.



Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu