Bütün xəbərlər
Müəllimlərin vaksinasiyası ilə bağlı açıqlama
Tarix: 26-01-2021 12:10 | Bölmə: Sosial

Müəllimlərin vaksinasiyası ilə bağlı açıqlama


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov müəllimlərin vaksinasiyası ilə bağlı məsələyə aydınlıq gətirib.
“Qafqazinfo”nun xəbərinə görə, o bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir:
“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır”.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, müəllimlərin peyvənd olunmasında heç bir məcburetmə halı olmayacaq.


Baxış sayı: 284


Bölməyə aid digər xəbərlər