12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Yenidənqurmada İran şirkətlərini görməyə çox şad olarıq”
Tarix: 25-01-2021 14:52 | Bölmə: Sosial

                 “Yenidənqurmada İran şirkətlərini görməyə çox şad olarıq”


“Bizim müzakirə edəcəyimiz çox məsələlər var”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib. 
Dövlət başçısı ilk növbədə, ikitərəfli əlaqələri, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyini bildirib:
“Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz”.



Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu