Bütün xəbərlər
AMEA-da yeni TƏYİNATLAR
Tarix: 22-01-2021 18:38 | Bölmə: Sosial


Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, akademik, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Arif Həşimov isə Fizika İnstitutunun baş direktoru təyin ediliblər.
Eyni zamanda, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub. O, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin müşaviri vəzifəsinə təyinat alıb.
AMEA-dan təyinatlar Oxu.Az-a təsdiq edilib.


Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər