12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Fevralın 1-dən tədris əyani formada bərpa olunur - Rəsmi açıqlama
Tarix: 22-01-2021 13:34 | Bölmə: Sosial

                 Fevralın 1-dən tədris əyani formada bərpa olunur


Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb. 
"Qafqazinfo" xəbər verir ki, qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilsin.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu