17:00 / 19-08-2026
Turistin ölümündən sonra yeni ayı ovçuluq lisenziyaları verildi
16:56 / 19-08-2026
Tələbə etirazlarından sonra dövlət imtahanlarının nəticələri ləğv edildi
16:52 / 19-08-2026
Ali Rada Yevgen Xmaranı Ukraynanın müdafiə naziri təyin edib
16:48 / 19-08-2026
Təcili yardım maşınının iştirakı ilə baş verən qəzada bir xəstə ölüb
16:45 / 19-08-2026
Fransız siyasətçisi Filippot Fyodorovun çıxışını Zelenski üçün fəlakət adlandırdı
16:41 / 19-08-2026
Əsirlikdən azad edilmiş əsgərin həyat yoldaşı və qızı onun səsini eşidəndə göz yaşlarına boğuldu
16:39 / 19-08-2026
Macarıstanın yeni prezidenti oldu
16:35 / 19-08-2026
Telegram daha 3,8 milyon rubl cərimə aldı
16:31 / 19-08-2026
İki qız xəsarət alıb
16:27 / 19-08-2026
İİKK-nın müşaviri İranla münaqişədə ABŞ-ın böyük itkilərini açıqladı
16:23 / 19-08-2026
Vatikanın yüksək vəzifəli diplomatı 25 avqustda Rusiyaya səfər edəcək
16:20 / 19-08-2026
Tramp bal zalının tikintisini sürətləndirmək üçün 250 işçi işə götürdü
10:05 / 19-08-2026
Ögey atasını öldürməkdə təqsirli bilinib
10:02 / 19-08-2026
Qanunsuz omul ovladığına görə məhkum edilib
08:30 / 19-08-2026
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
08:27 / 19-08-2026
Dövlət katibi Rubio və Şeyx Əl-Nəhyan Hörmüz boğazındakı vəziyyəti müzakirə etdilər
08:21 / 19-08-2026
Tramp Kanada mallarına tarifləri üç gün təxirə saldı
08:19 / 19-08-2026
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
08:15 / 19-08-2026
Politoloq Atayev Ermənistanın əməkdaşlıq üçün yeni tərəfdaşlar axtarmasının səbəbini izah etdi
22:41 / 18-08-2026
Taksi sürücüsünün zorla səfərbər edilməsi cinayət işi ilə nəticələndi
22:38 / 18-08-2026
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
22:35 / 18-08-2026
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini elan etdi
22:31 / 18-08-2026
Beş əcnəbi Rusiyadan deportasiya olunmaqla üzləşəcək
22:28 / 18-08-2026
Polşada Ukraynalı uşaqlara hücumda şübhəli bilinənlər saxlanılıb
22:25 / 18-08-2026
Saxta Ağ Ev rəsmisi ilə yazışdığını etiraf etdi
22:19 / 18-08-2026
Xəzinə ovçuları sirli şəraitdə həlak olublar
22:15 / 18-08-2026
Boqdanov ABŞ siyasətində zorakılığı normal hesab edən insanların sayının artdığını qeyd etdi
22:11 / 18-08-2026
Xinşteyn Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsini vurmağa cəhd edən ovçunu dəstəklədi
22:07 / 18-08-2026
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
22:03 / 18-08-2026
Merz ən populyar olmayan Almaniya kansleri oldu
21:58 / 18-08-2026
Lavrov: "Rusiyaya zərbələrdə iştirak müharibədə iştirak hesab ediləcək"
21:51 / 18-08-2026
Avtobusa daş atan uşağa hücum etdi
21:48 / 18-08-2026
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
21:44 / 18-08-2026
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti və hakiminə qarşı sanksiyalar tətbiq edib
12:44 / 18-08-2026
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
12:41 / 18-08-2026
Mülk üstündə oğullarını güllələyərək öldürüb
12:38 / 18-08-2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
12:35 / 18-08-2026
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
12:33 / 18-08-2026
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
Medianın İnkişafı Agentliyinin - Nizamnaməsi
Tarix: 12-01-2021 19:53 | Bölmə: Sosial
Prezidentin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin nizamnaməsi təsdiq edilib.
"Qafqazinfo" agentliyin nizamnaməsini təqdim edir:
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin (bundan sonra – media subyektləri), habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, qısaldılmış halda – MEDİA;
1.7.2. ingilis dilində tam halda – Media Development Agency of the Republic of Azerbaijan, ingilis dilində qısaldılmış halda – MEDIA.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.0.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.0.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.0.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
3.1.3. media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
3.1.4. dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq;
3.1.5. jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək;
3.1.6. medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görmək;
3.1.7. media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirmək;
3.1.8. media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
3.1.9. əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
3.1.10. audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
3.1.11. cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
3.1.12. media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək;
3.1.13. media subyektləri və jurnalistlərlə bağlı Agentlik tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi ilə əlaqədar media subyektlərinin və jurnalistlərin hesabatlarını nəzərdən keçirmək və qiymətləndirmə aparmaq;
3.1.14. media subyektlərinin fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək;
3.1.15. dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
3.1.16. media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, ictimai rəyin öyrənilməsini təşkil etmək;
3.1.17. çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlər görmək;
3.1.18. onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
3.1.19. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.20. çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.21. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.22. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.23. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.24. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.26. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.28. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.29. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
3.1.30. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.31. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək;
3.1.32. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.10. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.12. media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq, onların nəticələrini dərc etmək və bu istiqamətdə tövsiyələr hazırlamaq;
3.2.13. media sahəsində peşə etikası (etik davranış) məsələləri ilə bağlı media subyektləri, jurnalist təşkilatları və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;
3.2.14. Agentliyin maliyyələşdirdiyi layihələr üzrə müqavilə şərtlərini pozan media subyektlərini belə layihələrdə iştirakdan məhrum etmək;
3.2.15. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş vermək;
3.2.16. media savadlılığının artırılması məqsədilə tədbirlər həyata keçirmək;
3.2.17. medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankını formalaşdırmaq;
3.2.18. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
4.3. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarətdir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.6. Şura qərar qəbul etməkdə müstəqildir.
4.7. Şuranın vəzifələri aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.7.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
4.7.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.7.4. Agentliyin strukturunu və əməyin ödənişi fondunu təsdiq etmək, işçilərinin say həddinə və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinə dair təkliflər vermək, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.7.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.7.6. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.7.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.8. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.9. Şura üzvlərinin və İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.10. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.7.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.7.13. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.14. Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.7.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.8. Şuranın sədri ildə azı bir dəfə Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.10. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.
4.11. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.12. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.
4.14. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15. Şuranın katibi:
4.15.1. Şuranın iclaslarını təşkil edir;
4.15.2. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verir;
4.15.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;
4.15.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.15.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.17. Şuranın üzvləri:
4.17.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.17.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.17.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.18. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.19. İcraçı direktor Agentliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
4.20. İcraçı direktor müvəqqəti olmadıqda, müvafiq əmrlə onun müavinlərindən biri onu əvəz edir.
4.21. İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.22. İcraçı direktorun vəzifələri aşağıdakılardır:
4.22.1. Agentliyin fəaliyyətini təşkil etmək;
4.22.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
4.22.3. Şuranın qərarlarını icra etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.22.5. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.22.6. bu Nizamnamənin 3.1.26-cı yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
4.22.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.22.9. Agentliyin cari fəaliyyətinə rəhbərlik və onu təmsil etmək;
4.22.10. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;
4.22.11. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
4.22.12. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
4.22.13. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;
4.22.14. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;
4.22.15. Bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək;
4.22.16. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
4.22.17. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
4.22.18. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;
4.22.19. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
4.22.20. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;
4.22.21. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;
4.22.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondunun məbləği 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin məhsulları tənzimlənən qiymətlərə aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin idarəetmə orqanları həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Baxış sayı: 467
Bölməyə aid digər xəbərlər

Dünən, 08:19
Tibb bacıları yeni vəzifələrə uyğun olacaqlar
14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 23:13
Azərbaycanda ilk “Müyəssərlik Xəritəsi” yaradıldı
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu