20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Şagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq
Tarix: 04-01-2021 14:20 | Bölmə: Sosial

                 Şagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq


8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Təhsil Nazirliyindən "Qafqazinfo"ya verilən xəbərə görə, portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Baxış sayı: 468


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib