20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
MM tərəfindən YAŞAT-a köçürülən vəsait açıqlandı
Tarix: 30-12-2020 14:21 | Bölmə: Sosial

                   MM tərəfindən YAŞAT-a köçürülən vəsait açıqlandı


“Milli Məclisin deputatları və aparatın işçiləri tərəfindən YAŞAT Fonduna 108,2 min manat vəsait köçürülüb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.
S. Qafarova həmçinin çıxışında bildirib ki, payız sessiyasında Milli Məclisin 19 iclası keçirilib və 86 qanun və qərar qəbul edilib: “Parlament işini tam həcmdə yerinə yetirib. Cənab Prezidentin uzaqgörən siyasətini dəstəkləmək üçün zəruri işlər həyata keçirilib. Qarabağın qurtuluşu uğrunda gedən müharibədə Azərbaycan parlamenti də qəlbən döyüş bölgəsində olub”.
Xatırladaq ki, YAŞAT ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb. 



Baxış sayı: 446


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib